Tanınmış vəkil Yavər Hüseyn “Azadlıq” qəzetini 25 illiyi ilə bağlı təbrik edib. Təbrikdə deyilir:
“Azadlıq” qəzetinin oxucularından biri olaraq, öncə bu qəzetə mənəvi bağlılığımı bildirmək istəyirəm. Hərəkat dövründən bəri obyektiv xəbər ünvanı kimi bu qəzeti seçmişəm. “Azadlıq” qəzeti yarandığı ilk gündən bu qəzet vasitəsilə müəyyən mənəvi təskinlik tapmışıq. Zaman-zaman bu qəzet vasitəsilə fikrimizi içtimaiyyətə çatdırmağa nail olmuşuq. Qəzetin ilk saylarında mənim də yazılarım dərc olunub. Haqq carçısı olan bir orqan kimi bu qəzet daima təqiblərə, təzyiqlərə məruz qalıb. Çox şükürlər olsun ki, qəzet yüksək rəşadət göstərərək, öz işini davam etdirir. Qəzetin qəzetin əməkdaşları cəmiyyətdə hörmət-izzətə layiq şəxslərdir. “Azadlıq” qəzetini sevən, ona rəğbət bəsləyən bir oxucu kimi qəzetin bütün kollektivini ürəkdən təbrik edirəm. Onlara daha böyük uğurlar arzu edirəm”.