Fikrət Cəfərli
“Azadlıq” qəzeti Azərbaycan Dövlət müstəqlliyinin ikinci dəfə bərpası və möhkəmləndirilməsində xalq qarşısında müstəsna xidmət göstərmiş mətbuat orqanıdır. Cəmiyyətin maariflənməsində 25 il əvvəl necə əzimkarlıqla fəaliyyətə başlamışdısa, elə indi də həmin azadlıq eşqiylə öz mübarizəsni davam etdirir. “Azadlıq” qəzeti hər zaman Azərbaycan mətbuatında öz dəsti-xətti və prinsipiallığıyla seçilmış bir media instutudur. Bu gün ölkədə demokratik cəmiyyətn, azad fikirin formalaşmasında mayak rolunu oynayan qəzetin hakimiyyət tərəfindən ən çox basqılara məruz qalması başa düşülən deyil. “Azadlıq” qəzeti dövlətçiliyimizin möhkəmləndrilməsində və demokratik cəmiyyətin formalaşmasında millət, dövlət qarşısında öz üzərinə düşən nə varsa hamısını prinsipiallıqla davam etdirir. Heç kimdə şübhə yoxdur ki, “Azadlıq” qazeti demokratiyaya gedən yolda mayak rolunu oynamaqla yanaşı, həm də o yolun qorunmasında bir qaladır. 25 yaşın mübarək, ey millətin formalaşmasında milli slahlarla silahlanmış dost!