Əziz Leyla xanım.
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Görünür, ad gününüz əbəs yerə bütün dövrlərin və xalqların tiranının dünya gəlməsi ilə eyni günə təsadüf etməyib: düşünürəm ki, müasir terminologiyada insan hüquqlarının pozulmasının bütün hallarına qarşı mübarizlik Sizin taleyinizə yazılıb.
Ümid edirəm ki, hakimiyyətdə, ilk növbədə cəsa strukturlarında ağıl üstün gələcək və xalqımıza xas ədalət, humanizm hissi vəhşi qisasçılığı və qəzəbi sıxışdıracaq, nəhayət, insan ləyaqətini alçaldan və məhv edən təcrid bitəcək və Siz səbirsizliklə gözlənilən azadlığa qovuşacaqsınız. Hələlik isə Sizə səmimi qəlbdən cəsarət, mətanət, dözüm və səbr arzulayıram. Bir daha doğum gününüz mübarək olsun!
Çingiz Hüseynov