Dəm qazından zəhərlənənlərin 8 nəfəri xəstəxanaya yerləşdirilib
Havaların soyuması ilə əlaqədar dəm qazı xofu yenidən artmaqda davam edir. ANS PRESS-in məlumatına görə, ötən gün ərzində Bakıda dəm qazından 10 nəfər zəhərlənib.
Zəhərlənmə faktları paytaxtın müxtəlif ərazilərində qeydə alınıb. Dəm qazından zəhərlənənlərin əksəriyyəti azyaşlıdır. Zəhərlənənlərin 8-nin vəziyyəti daha ağır olduğu üçün onlar xəstəxanalara yerləşdirilib.
Hadisələrin əksəriyyəti paytaxtdakı həyət evlərində qeydə alınıb.