ABŞ-nın başçılıq etdiyi koalisiya qüvvələri, Mosulun Şengal mahalına hərəkət edən İŞİD-in maşın karvanını şiddətli atəşə tutub, nəticədə 100 IŞİD-çi öldürülüb. Türkiyənin ”Radikal” qəzeti Peşmərgə döyüşçülərinə istinadən məlumat verir ki, bu hücum IŞİD qüvvələri Mosul və yezidilərin yaşadığı Şengalı işğal etməsindən sonra ilk ən əhatəli hava hücumudur. Hücumdan sonra ölən IŞİD mənsubları Mosulun cənubundakı Geyara nahiyəsinə aparılılaraq burada torpağa basdırılıb.