Rusiya Mərkəzi Bankı valyuta bazarındakı vəziyyəti kritik qiymətləndirir. Bankının sədr müavini Sergey Şvetsov maliyyə bazarları üzrə dəyirmi masada bildirib ki, belə vəziyyət yaranacağını heç cür proqnozlaşdıra bilməzdilər.
“Vəziyyət kritikdir. Baş verənləri bir il əvvəl hətta yuxuda belə görə bilməzdik. Təəssüf ki, maliyyə bazarımızın qısamüddətli perspektivlərini həmişə qabaqcadan görə bilmirik. Maliyyə bazarının əksər iştirakçıları hadisələrin nəticəsi olaraq ağır vəziyyətə düşüblər. İnanın ki, Mərkəzi Bankının Direktorlar Şurası ən pislər arasında seçim edib”, – deyə Şvetsov Mərkəzi Bankın faiz dərəcəsini 10,5-dən 17-ə qaldırmasını nəzərdə tutaraq bildirib.