İŞİD-ə bağlı mətbuatın bildirdiyinə görə, Suriyada Əsəd rejimi ilə birlikdə vuruşan Hizbullahın ali liderlərindən Məhəmməd Əli Zeyn Suriyanın Şeyx Miskin bölgəsində öldürülüb. Xəbər Hizbullah tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, Məhəmməd Əli Zeyn Hizbullahın Yaxın Şərqdə əsas rəhbəri sayılırdı. O, gah İraqda, gah Livanda, gah da Suriyada peyda olaraq müxtəlif uğurlu hərbi əməliyyatlara imza atmışdı. İraqı işğal altında saxlayan ABŞ ordusunun bir zamanlar ən çox çəkindiyi komandirlərdən olduğu barədə əfsanələr dolaşırdı.