Bu gün Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarının şikayətinə baxılıb. Məhkəmə birinci instansiyanın qərarını ləğv edib. Qeyd edək ki, sentyabr ayında 187 nəfər dəmiryolçu Nəsimi Rayon Məhkəməsinə müraciət edərək hüquqlarının bərpa olunmasını tələb edib. Onlar ezamiyyət pullarının kəsilməsindən, qanunsuz işdənçıxarılmalardan, gender bərabərliyinin pozularaq qadın və kişi işçilərin maaşlarındakı fərqdən, dəmiryolçulara aid olmayan işlərdə işlədilmələrindən şikayətçi idilər.
Lakin Nəsimi Rayon Məhkəməsi dəmiryolçuların iddiasını təmin etməmişdi.
Bəyim