Fransa prezidenti Olland Mistral vertolyot daşıyan 2 gəmidən birincisinin Rusiyaya verilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Həmin gəmilər Rusiyanın sifarişi ilə düzəlib.
Ollandın ofisi bildirib ki, Fransa prezidentiUkraynanın şərqindəki vəziyyətin birinci Mistralın verilıməsinə imkan yaratmadığını düşünür. Buna görə Hollande Mistralın verilməsinin təxirə salınmasını məqbul sayır.
Fransa bir neçə aydır ki, Qərb ölkələrinin təzyiqi altındadır. Onlar tələb edirlər ki, Fransa Mistralları Rusiyaya verməsin. Fransanın vertolyot daşıyan gəmilərə görə Rusiya ilə müqaviləsi 1,2 milyard avrodur.
Rusiyanın müdafiə nazirinin müavini Borisov deyib ki, Rusiya bu qərarla bağlı heç bir tələb irəli sürməyəcək, ancaq Rusiya ümid edir ki, Fransa müqaviləni yerinə yetirəcək. (azadliq.org)