ABŞ ordusu ebola ilə mübarizə aparacaq “Saul” adlı robotu təqdim edib
Qərbi Afrikada yayılan və indiyə qədər 5 mindən çox insanın ölümünə səbəb olan ebola epidemiyasına qarşı mübarizə müxtəlif üsullarla davam edir.
ANS PRESS-in məlumatına görə, ABŞ ordusu ebola virusu ilə mübarizə aparacaq “Saul” adlı robotu təqdim edib.
“Saul” adlı cihazın istifadə olunduğu otaqda yaydığı ultrabənövşəyi şüalar həmin mühiti sadəcə bir neçə dəqiqə ərzində dezinfeksiya edir.
Zərərli viruslar, bu şüalarla birbaşa DNT-lərinin sıradan çıxması nəticəsində çoxala bilmir və bir neçə dəqiqədə məhv olur.