Qəza nəticəsində yolda bir müddət sıxlıq yaranıb
Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib. Rayonun Heydər Əliyev prospektində qeydə alınan avtoqəza zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü idarəetmənin itirilməsi nəticəsində avtomobili yol kənarındakı elektrik dirəyinə çırpıb. İşıq dirəyinə ziyan vuran “Lada” daha sonra yolun hərəkət istiqamətinə düşüb.
Qəza ilə bağlı sözü gedən prospektdə avtmobillərin sıxlığı da yaranıb. Amma bu sıxlıqıda “Mercedes” markalı sərnişin mikroavtobus sürücüsünün ani diqqətsizliyi nəticəsində avtobus “Mazda” markalı avtomobillə toqquşub.
3 avtmobilin ziyan gördüyü qəza zamanı xəsarət alan olmayıb. Ətrafdaı insanların köməyi ilə “VAZ 2107” yoldan kənarlşdırıldıqdan sonra prospektdə hərəkəti normallaşıb.
Qəzaya səbəb kimi isə yüksək sürət göstərilir.