Sinoptiklər noyabrın 3-cü ongünlüyü üçün proqnoz veriblər
Sabahdan havalar soyuyur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, noyabrın 3-cü ongünlüyünün birinci yarısında – noyabrın 21-dən 25-ə qədər ölkədə qeyri-sabit, dəyişkən hava müşahidə olunacaq.
Ayın 21-i axşamdan şimal rayonlarında fasilələrlə qar yağacağı, bəzi rayonlarda intensivləşəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Şimal küləyi əsəcək. Noyabrın 23-dən 25-ə qədər temperaturun 5-8 dərəcə enəcəyi gözlənilir.