Yüzlərlə təmirə ehtiyacı olan binalara yox, əsaslı təmir olunmuş binalara milyonlar niyə xərclənir?
Hakimiyyətin söküntü-tikinti maxinasiyasından dəfələrlə yazmışıq. Demək olar ki, bütün sahələrdə təmir-tikinti işləri aparılır. Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Neft şirkəti, Elmlər Akademiyası,əmlak Komitəsi, Icra hakimiyyəti və digər qurumlar inkişafın meyarı kimi tikintini prioritet seçiblər. Bütün sahələr tikinti briqadasına çevrilib və bu yolla büdcənin talanması prosesi gedir.
Son günlər bu proses daha da qabarıq və israfçılıq fonunda davam edir.
Hamımızın yaxşı tanıdığı, FHN-nin yanında yerləşən 20 nömrəli məktəb yenidən təmir olunacaq və bu təmir işlərinə 5 milyon manat vəsait ayrılıb. Xatırladaq ki, bu məktəb bugünə qədər 2 dəfəəsaslı təmirə dayanıb. Indi isə, 3-cü təmir dövrünü yaşayır. Sanki bu məktəbdə hər il döyüş filmləri çəkilir və yeni təmir zərurətə çevrilir.
Bundan öncə keşmiş “Sevinc” kinoteatrı söküldü və onun yerində “Həzz” restoranı tikildi. Bugünlərdə həmin restoran da söküldü və yeni tikintiyə başlanılıb. Bugünlərdə TQDK-nın binasını sökməyə start verdilər və məlumat verildi ki, bu bina daha müasir formada tikilcək. Ancaq, TQDK-nın binası kifayət qədər yeni idi vəəsaslı təmirdən çıxmışdı. Yaxud Neft Şirkətinə yeni bina tikilir və milyonlarla manat bu tikintiyə vəsait ayrılıb.əslində, neft şirkətinin yaxşı bir binası var. 200-300 nəfər işçiyə görə, nəhəng binanın tikintisinə ehtiyac yox idi.
Bugünlərdə Nəsimi rayonuərazisində yerləşən “Drujba” kinoteatrı da söküldü. Qeyd edək ki, bu kinoteatrın böyük tarixçəsi var və xatirələrlə zəngindir. Hətta müharibə zamanı hərbi hospital kimi də fəaliyyət göstərib. Yəni bu binanı muzeyə çevirmək, ötənəsrin tarixi nümunəsi kimi saxlamaq da olardı.
Bu kimi faktları çox sadalamaq olar. Yuxarıda sadaladığımız bir neçə faktın özü də sübut edir ki, hakimiyyət üçün vətəndaşın rifahı, ölkənin tarixi keçmişi, gələcək nəsillərin aqibəti maraqlı deyil. Sadəcə olaraq, xaricdən gələn qonaqların,əcnəbi turistlərin Bakını müasir görməsi, yeni işıqlı binalara tamaşa etməsi üçün bu milyardlar havaya sovrulur. Təki, bura gələn xaricilər, ölkəmizin inkişaf etdiyini, bahalı binaların tikildiyini görsün. Yəni həm büdcədən milyardların oğurlanmasını, həm də yalançı inkişaf təsəvvürününü formalaşdırılmasını təmin etmək istəyirlər.
Ancaq bu gün yüzlərlə orta məktəb binası var ki,əsaslı təmirə ehtiyacı var. Kəndlərdə məktəblər fəaliyyət göstərir ki, tövləyə oxşayır. Yaxud bu gün uşaq bağçaları pullu fəaliyyət göstərir və uşağı bağçaya qoymaq üçün 400-500 manat rüşvət tələb olunur. Yaxşı olardı ki, eyni binanı 5 dəfə söküb-tikməkəvəzinə, uşaq bağçalarının sayı artırılsın və ağır şərtlərə son qoyulsun.
Bakıda elə yaşayış binaları var ki, hər an uçmaq təhlükəsi ilə üz-üzə qalıb, 100 minlərlə gənc ailə kirayələrdə yaşayır, ağır şərtlər daxilində ipoteka kreditləri verilir. Niyə bu milyardlar ehtiyac duyulan yerlərə deyil, ehtiyac olmayan məkanlara xərclənir?
Indiki məqamdaən uyğun cavab budur ki, hakimiyyət üçün “xalq” anlayışı çoxdan dəfn olunub və xalqın rifahı 10-cu dərəcəli də deyil.
Yəni hakimiyyət milyardları havaya sovurmağa hazırdır. Ac vətəndaşa xərcləmək isə məqsədəuyğun sayılmır. Bugünlərdə Binə qəsəbəsinin sakinləri yolun abadlaşdırılması üçün aksiya keçirdilər. Hakimiyyət isə, polisin gücü ilə bu adamları döydürdü və 19 nəfər məsuliyyətə cəlb olundu.
Bir sözlə, hakimiyyətin söküntü-tikintiəməliyyatı, yalnız millətə və dövlətə zərbə vurmaqdan ibarətdir.
Akif