Zahirə Şirəliyeva: «Oğlumu Hərbi Polisə təhvil verdim, üç gündən sonra meyiti «Semaşko»nun morqundan tapıldı»
Masallı sakini, Azərbaycan Ordusunun zabiti Xalidələsgər Oğlu Şirəliyevin müəmmalı ölümü barədə məlumat vermişdik. Mərhum zabitin anası Zahirə Şirəliyeva “arqument.az”a oğlunun ölümü iləəlaqədar ilginc məlumatlar verib. O bildirib ki, mərhum zabit səhhətiləəlaqədar ordudan yayındığı üçün axtarışda olub. Ölümündən iki gün öncə Hərbi Polisinəməkdaşları evə onu qulluq etdiyi hərbi hissəyə aparmağa gəldiklərini bildiriblər.
Zahirə Şirəliyevanın sözlərinə görə, oğlu Xalidi oktyabrın 31-də saat 10:00 radələrində şəxsən özü Hərbi Polisinəməkdaşlarına təhvil verib. Özü də Biləcəridə yerləşən Hərbi Polisə gedərək, orada polkovnik-leytenant Feyzi Hüseynovla görüşüb. Feyzi Hüseynov özünü Hərbi Polisin rəisi kimi təqdim edib. Həmin binanın 5-ci mərtəbəsində Feyzi Hüseynov Şirəliyevaya deyib ki, narahatlığaəsas yoxdur: “Oradan bildirdilər ki, Xalidi qulluq etdiyi qornizona göndərəcəklər. Dedi ki, hər şey yaxşı olacaq. Axşama doğru isə Xalid zəng edərək ”Papanin”dəki hospitalda olduğunu, ora müayinəyə gətirildiyini dedi. Bundan sonra onunlaəlaqə saxlamaq mümkün olmadı. Mən yenidən Biləcəridəki Hərbi Polisə gedib Feyzi Hüseynovla görüşmək istədim. Dedilər ki, burada belə bir adam yoxdur. Mənə orada Xalidin artıq Bərdəyə aparıldığını bildirdilər. Qohumlarımız Bərdədəki hərbi hissəyə getdilər. Orada isə demişdilər ki, hərbi hissəyə bu zabitin ölməsi barədə məlumat veriblər. Feyzi Hüseynovun mənə verdiyi mobil nömrəyə zəng edibəlaqə saxlamağa çalışdım. Həmin gündən indiyədək onun telefonuna zəng çatmır”.
Zabitin anasının sözlərinə görə, Xalidi Hərbi Polisə təhvil verəndən 3 gün sonra onun nəşi “Semaşko” xəstəxanasının morqundan tapılıb. Amma bununla bağlı ailəsinə heç bir məlumat verilməyib. Anası bildirir ki, Xalid Şirəliyevin meyitinin morqa necə gedib çıxması və onun kimlər tərəfindən öldürülməsi müəmmalı olaraq qalıb.
Anası iddia edir ki, oğlunun meyitinə baxış zamanı çəkilən fotolardan onun işgəncə ilə öldürüldüyü açıq görünür: “Başında ağır kəsilmiş yara, bundanəlavə, bədənində zərbə izləri də var idi. Bütün bədəni göyərmişdi”.
Zahirə Şirəliyeva bildirir ki, ölüm faktı ilə bağlı iş Nəsimi rayon Prokurorluğundadır. Amma hələ ki, istintaqın gedişi barədə onlara heç bir məlumat verilmir.
Nəsimi rayon prokurorluğundan isə məsələ ilə bağlı hər hansı məlumat öyrənmək mümkün olmayıb.
Bakı Şəhər Prokurorluğundan isə bildirilib ki, onlarda Xalid Şirəliyevin öldürülməsinə dair heç bir məlumat yoxdur və bu məsələdən ümumiyyətlə, xəbərsizdilər.
Zahirə Şirəliyeva isə hadisə ilə bağlı şəxsən Baş Prokuror Zakir Qaralova müraciət olunduğunu deyir: “Hadisədən sonra nə zabitin qeydiyyatda olduğu Masallı rayon Prokurorluğundan, Müdafiə Nazirliyindən, nə də hər hansı bir dövlət qurumundan məsələyə münasibət bildirilib. Heç oğlumun dəfni zamanı da bu işlə maraqlanan olmayıb. Masallı rayon Prokurorluğuna da bu cinayət olayı ilə bağlı məlumat verilib”.
Onun sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi isə nə bu məsələ barədə onlara məlumat verib, nə də baş verənlərlə maraqlanıb.
Müəmmalı şəkildə dünyasını dəyişən zabitin anası ölkə başçısı Ilhaməliyevdən kömək istəyir. O, dövlət başçısına müraciət edərək oğlunun qanının batırıldığını deyir. Ümid edir ki, ölkə başçısı bu məsələnin obyektiv araşdırılmasına,əsl həqiqətin ortaya çıxarılmasına yardım edəcək: “Mən cənab prezident Ilhaməliyevdən kömək istəyirəm. Neçə gündür qapıları döyürəm. Hərbi Prokurorluğa müraciət etmişəm. Baş Prokurorluğa teleqram vurmuşam. Heç kəs mənimlə maraqlanmır. Masallı rayonunda bir neçə gün qaldım, başım dəfnə qarışmışdı. Amma heç bir rayon rəsmisi də gəlib maraqlanmadı ki, nə baş verib? Faktiki oğlumun qanını batırılar. Mən xəstə adamam. Bir oğlum həbsdədir, birini də belə öldürdülər. Mən kimsəsiz qalmışam. Nə qədər qapı döymək olar? Ümidim cənab prezidentədir. Indi ancaq ondan kömək istəyirəm. Qoy səsimə səs versin, oğlumun qanı batmasın”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “arqument.az”a bildirib ki, hadisə Bakının Nəsimi rayonunda baş veribsə, vətəndaş aidiyyəti üzrə Nəsimi rayon Prokurorluğuna müraciət etməlidir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da bildirib ki, məsələ ilə bağlı nazirliyə sorğu göndərilməlidir. Bundan sonra məsələ araşdırılıb açıqlama veriləcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyev isə bildirib ki, bu məsələnin onlara heç bir aidiyyəti yoxdur: “Dəfndə ona görə iştirak etməmişəm ki, mənə məlumat verilməyib. Bilirsiniz ki, bu zabit barədə cinayət işi açılmışdı. Üç ay idi, ordudan yayınırdı. Bu üzdən bizim şəxsi heyətin siyahısından çıxarılmışdı. Mənə qohumları məlumat verdilər ki, 3 gün öncə Nəsimi rayonunda meyiti tapılıb. Bu məsələ artıq bizlik deyil, çünki o, bizim şəxsi heyətin siyahısından çıxarılıb və zabit kimi yox, mülki şəxs kimi ölüb”.
Xatırladaq ki, Xalid Şirəliyev “7gun.az” saytının rəhbəri, hazırda həbsdə olan jurnalist Cavid Şirəliyevin qardaşıdır.