Nemət Əliyev: «Neft Fondundakı 35 milyardı hədəfə götürüblər»
Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunu açıqlayıb. Bu il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 6 milyard 380,7 milyon dollar (5 milyard 005,1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti isə 8.5 faiz təşkil edib. Borcun 7.4 faizi 10 ilə qədər, 61,3 faizi 10 ildən 20 ilə qədər, 31,3 faizi isə 20 ildən artıq olan müddətə götürülüb.
Maliyyə Nazirliyi bildirir ki,əsasən Dünya Bankı, Asiya Inkişaf Bankı, Islam Inkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı, Yaponiya Beynəlxalqəməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından alınmış vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.
Iqtisadçı-ekspert Nemət Əliyev isə deyir ki, Azərbaycan hökuməti lüzumsuz xərcləmələrə yol verdiyi kimi, xaricdən də yersiz borc almaqdan çəkinmir. Ölkəninəlavə maliyyə vəsaitləri yetərli olduğu halda, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə qurumları və xarici ölkələrdən borc alınması başadüşülən deyil: “Nəzərə almaq lazımdır ki, beynəlxalq maliyyə qurumları və ya xarici dövlət borcu təmənnasız vermir. Alınan borcun üzərinə faiz qoyulur. Dövlət Neft Fondundaəlavə maliyyə vəsaitləri var. Mənə elə gəlir ki, onu saxlayıb, borc almaq tamamilə məntiqsizdir. Son beş ildə Fondun maliyyə vəsaitlərini orta hesabla 1,8 faizlə xarici ölkələrdə yerləşdiriblər. Hər min manata görə 5 il müddətinə 90 dollar alacaqlar deyə, təxminən 37 milyarda yaxın maliyyə vəsaiti xaricdə yerləşdirilib. Ölkənin maliyyə sərvətlərini xaricdə paylaşdırıb, ammaəvəzində xaricdən daha yüksək faizlə maliyyə vəsaitlərini cəlb etmək, mənasız borclanmadan başqa bir şey deyil”.
Ekspert bu cür vəziyyətin yaranmasını Azərbaycanda hökumətin xalqın maliyyə vəsaitlərinə başdansovdu münasibətiləəlaqələndirir. Nemətəliyev eyni zamanda, xarici dövlətlərə olan borcun məbləğinin zaman keçdikcə artdığını da vurğulayır. Neftin dünya bazarında qiymətinin kəskin şəkildə ucuzlaşması və ölkə daxilində də neft hasilatının azalmasını yada salan ekspertin sözlərinə görə, hökumətin belə bir həssas durumda mənasız xərcləmələrə getməsi də başadüşülən deyil: “Belə çıxır ki, dövlətin büdcəsini doldurmaq üçün Neft Fondunda yığılıb qalmış 35 milyardı hədəfə götürüblər. Bir tərəfdən vəsaitlərin sürətli xərclənməsinə start veriblər, digər tərəfdən də borclanma məbləğinin artırılmasına təkan verirlər. Neft Fondunda yığılmış maliyyə vəsaitləri guya, gələcək nəsillərə saxlanılır. Amma borcu artırmaqla həmin vəsaitlərin sürətlə xərclənməsinə başlayıblar. Çox başıpozuq bir vəziyyət yaranıb. Hökumət belə bir israfçılığa yol verməməli, səhv siyasi xətt yürütməməlidir. Bundanəl çəkməyin zamanı gəlib”.
Nigar