“Barselona”nın keçmiş prezidenti Xosep Luis Nunes həbs edilib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, rüşvət verməkdə təqsirləndirilib və 2 il 2 ay müddətinə azadlıqdan məhrum olunub.
X.Nuneslə yanaşı onun oğlu da həbs edilib. Nunes həbsxanaya aparılan zaman “Barselona” nümayəndələrindən heç kəs onun yanında olmayıb. Klub nümayəndələri məhkəmənin qərarını hörmət etdiklərini bildiriblər.
Qeyd edək ki, 83 yaşlı Nunes 1996-2000-ci illərdə “Barselona”nın prezidenti vəzifəsində çalışıb.