ABŞ-da iki qatarın toqquşması nəticəsində 44 nəfər xəsarət alıb
ABŞ-ın Arkanzas ştatında sərnişin və yük qatarlarının toqquşması nəticəsində 44 nəfər xəsarət alıb. Bu barədə CBS News məlumat yayıb.
Məlumatda yaralılardan 5 nəfərin vəziyyətinin daha ağır qeyd olunur. Qəza Arkanzas şəhərinin Uinslou şəhəri yaxınlığında baş verib.
Hadisə yerinə 10-dan çox təcili yardım maşını, 2 tibbi helikopter cəlb olunub.
Qəzanın səbəbləri müəyyənləşdirilir. (APA)