Ukraynalıların əksəriyyəti Rusiya prezidenti Vladimir Putinə neqativ yanaşır. Bunu GfK Ukraine şirkətinin sorğusu da təsdiqləyir. Şirkətin saytında yerləşdirilən sorğuya əsasən, ukraynalıların 41 faizi Rusiya liderinə nifrətlə yanaşır, 34 faizinin ondan zəhləsi gedir, hər 5 nəfərdən biri isə Rusiya prezidentinin onun qıcıqlandırdığını deyib.
Sorğuda iştirak edənlərin 15 faizinin Rusiya prezidentinə qarşı heç bir hissi yoxdur, 6 faiz isə ona hörmət edir. Putinə Ukraynanın şərgində yaşayanlar daha çox hörmətlə yanaşır. Bu regionda yaşayanların 24 faizi Putinə qarşı laqeyddir.
azadlıq.info