Ukrayna parlamentində Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqda razılaşmanın dayandırılmasını nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb. Qanun layihəsi “Azadlıq” partiyası üzvəri tərəfindən təklif edilib. Bu barədə Ali Radanın saytında məlumat yerləşdirilib. Ukraynanın MDB-də iştirakını dayandırması son aylar çox müzakirə olunur. Qeyd edək ki, oktyabrın 10-da Minskdə keçirilən MDB dövlət başçılarının sammitinə Ukrayna prezidenti Petr Poroşenko qatılmayıb. Ukraynanı həmin tədbirdə Belarusdakı səfir Mixail Yejel təmsil edib.