ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasında son çıxışı zaman əsasən Rusiya və Ukraynadan danışıb.
ABŞ prezidenti bildirib ki, Rusiyanın Ukraynadakı hərəkətləri ikinci dünya müharibəsindən sonra dünyada yaranan sabitliyə təhlükədir. «Amerika və bizim müttəfiqlərimiz demokratiya və iqtisadiyyatını inkişaf etdirən Ukrayna xalqını dəstəkləyəcək. Rusiyanı bu aqressiyanın cavabını verməyə məcbur edəcəyik», – deyə Ağ Ev rəhbəri qeyd edib.
Obama həmçinin bildirib ki, Rusiya Ukrayna ilə barışığa getməklə sülh yolunu seçə bilər. Bu halda sanksiyalar da ləğv olunacaq.
azadlıq.info