Şamaxıda baş verən ağır yol qəzasında ölən şəxslərdən biri jurnalist olub.
Bu barədə APA-ya “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal məlumat verib. A. Camal qeyd edib ki, ötən gecə Bakı-Şamaxı yolunda baş verən qəzada dünyasını dəyişən şəxslərdən biri – Fuad Abdürrəhmanlı “Türküstan” qəzetinin saytında redaktor vəzifəsində çalışıb.
Mərhum bu gün Şəkidə dəfn ediləcək.
Onu da qeyd edək ki, qəzada dünyasını dəyişənlərin hamısının şəxsiyyəti məlum olub. Onlar “Mercedes”in sürücüsü, Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlu, onun sərnişinləri – həmyerliləri, 1981-ci il təvəllüdlü Məmmədov Elçin Rasim oğlu, 1973-cü il təvəllüdlü Hüseynov Elşad Hikmət oğlu və haqqında yuxarıda danışdığımız 1986-cı il təvəllüdlü Abdürrəhmanlı Fuad Şahid oğludur.