Prezident Barack Obama sentyabrın 12-də ABŞ-ın Rusiyaya qarşı müdafiə, maliyyə və enerji sahəsində sanksiyalarının güclənəcəyini deyir. Obama bildirir ki, bu addım Kremlin siyasi və iqtisadi təcridinə daha da pis təsir göstərəcək. Avropa Birliyinin Rusiyaya qarşı sanksiyası sentyabrın 12-də yeni mərhələyə girir. Brüsseldə Avropa Birliyinin prezidenti Herman Van Rompuy demişdi ki, yeni sanksiyalar ləğv edilə və ya ləngidilə bilər. Van Rompuy bildirmişdi ki, AB Ukraynanın şərqində sülh prosesini sentyabrın axırına qədər monitorinq edəcəklər.
Yeni sanksiyalara Rusiyaya silah satışı ilə bağlı məhdudiyyətlər daxildir. Bundan başqa, AB ölkələrinin Rusiyanın Rosneft, Transneft və Gazprom Neftlə enerji sahəsində maliyyə əlaqələrini qadağan edir.