Azərbaycan Liberal Partiyası bəyanatı “Azadlıq”ın şöbə müdiri, “Azərbaycan saatı” verilişinin aparıcısı Seymur Həzinin həbsini pisləyən bəyanat verib. Bəyanatd deyilir:
Azərbaycan iqtidarı növbəti repressiv addım atmışdır. Jurnalist, “Azərbaycan saatı” verilişinin aparıcısı, siyasi analitik Seymur Həzi hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən şərlənərək, saxta “xuliqanlıq” ittihamı ilə həbs edilmişdir.
ALP hesab edir ki, Seymur Həzinin həbsi hakimiyyətdən gələn sifariş əsasında baş vermiş, siyasi motivlidir, birbaşa onun jurnalist fəaliyyətilə bağlıdır və o siyasi məhbusdur.
Azərbayan rəsmilərinin əməllərindən görünür ki, onlar artıq Konstitusiyanı, Qanunu, Azərbaycanın beynəlxaq öhdəlklərərini və nüfuzunu əhəmiyyətsiz bir şey sayır.
ALP Seymur Həzinin həbsindən son dərəcə narahatdır, Azərbaycan hakimiyyətini Qanuna hörmətə çağırır, Seymur Həzini və bütün siyasi məhbusları qeyd-şərtsiz və dərhal azad etməyə çağırır.