NATO Şərqi Avropa ölkələrində beş hərbi baza yaratmağı planlaşdırır. Həmçinin bu ölkələrdə fəaliyyyətə məhdudiyyət qoyan Rusiya ilə razıılaşma pozula bilər. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
«Frankfurter Allgemeine Zeitung» nəşrinin yazdığına görə, NATO Rusiyanı əsas təhlükə kimi görür. Polşa, Rumıniya, Estoniya, Latviya və Litvada bazaların yaradılması NATO-nun senyabrın 4-5-də Uelsdə keçiriləcək sammitində qəbuul ediləcək «fəaliyyət planının» əsas özəyi ola bilər. sammitə hazırlanan sənədlərdə də Rusiyanın təhlükə yaratdığı qeyd olunur.
Britaniya mətbuatı isə NATO-nun «çevik hərəkət qüvvələri» yaradacağına dair məlumat yayıb. Təxminən 4 min nəfərin cəmləşəcəyi qüvvələrin yaradılacağına dair qərarın da Uelsdə veriləcəyi gözlənilir. Bu qüvvələrə rəhbərlik Britaniya nümayəndələrinə tapşırılacaq.
Ukraynada baş verən hadisələrə görə NATO mmüttəfiqlərinin təhlükəsizliyinin təminatına yönəlmiş bir sıra tədbirlər görüb.
azadlıq.info