Ukrayna ordusunun əsir götürdüyü 9 rus desantçısı 63 ukraynalı hərbçi ilə dəyişdirilib. Unian-ın məlumatına görə, bunu keçirdiyi brifinqdə Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzinin rəhbəri andrey Lısenko bildirb. Onun sözlərinə görə, avqustun 30-dan 31-ə keçən gecə Rusiya sərhədçiləri 63 ukraynalını geri qaytarıb. Əvəzində 9 desantçı onlara təhvil verilib. Lısenko desantçıların hərbi əsir olmadığını deyir. Terrorçuluq fəaliyyətində ittiham edilən rus hərbçilərə qarşı bir sıra maddələrlə cinayət işi açılıb. Azad edilənə qədər onlar Kiyevdə istintaq təcridxanasında saxlanılırdı.
azadlıq.info