Daşkəsəndə bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 23-də Astaf kənd sakinləri, əvvəllər məhkum olunmuş Xəqani Abdullayev, Sahib Cabbarov, İlham Hüseynov və onun qardaşı İman kəndin ərazisində yerləşən “Göy Yurd” adlandırılan ərazidə ov edərkən tüfəngdən açılmış atəşdən X.Abdullayev ölüb.
Hadisə yerindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.