Ermənistandakı yezidi kürdlər icmasının başçısı Əziz Tamoyan bir neçə gün əvvəl bildirmişdi ki, İraqda İŞİD-ın təhdid qtdiyi və öldürdüyü yezidi kürdləri qəbul edərək Dağlıq Qarabağa yerləşdirmək olar. Bu barədə Dağlıq Qarabağ ermənilərinin liderləri də olumlu danışmış və İraqdan qaçqınları qəbul etməyə hazır olduqlarını söyləmişdilər. Amma görünür, yezidi kürdlər «yağışdan çıxıb yağmura düşmək» niyyətində deyillər. Belə ki, bu günə qədər hələ heç bir yezidi kürd İraqdan qaçaraq Qarabağa və ya Ermənistana yerləşmək üçün Ermənistan Miqrasiya Xidmətinə müraciət etməyib. Bu barədə məlumatı da bu gün Əziz Tamoyan yayıb.
azadliq.info