Cəbhənin Qazax rayonu istiqamətində atəşkəs pozulub
Cəbhənin Qazax rayonu istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəsi pozub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Quşcu Ayrım və Abbasbəyli kəndləri istiqamətində ermənilər atəşkəsi pozub. Milli Ordunun cavab atəşi ilə düşmən susdurulub.
Son məlumatlara görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun 1 əsgəri yaralanıb. Əsgərin hərbi hospitala yola salındlığı bildirilir. Əsgərin adı və soyadını dəqiqləşdirməyə çalışırıq.