Müğənni Rusiyanın günahını sübuta yetirən dəlilə 10 min $ verəcək
Ukraynalı müğənni, “Eurovision 2004” mahnı müsabiqəsinin qalibi Ruslana Rusiya ilə müharibə elan edib.
ANS PRESS-in məlumatına görə, müğənni Malaziya təyyarəsi Boinq 777-nin qəzaya uğramasında Rusiyanın günahını sübuta yetirilməsi üçün əlindən gələni edəcəyini bildirib.
Ruslana artıq günahkarların axtarışına çıxdığını və hətta Rusiya Federasiyasının günahının sübuta yetirilməsi yolunda lazım olam məbləği ödəməyə hazır olduğunu bəyan edib.
Müğənni bu bəyanatla sosial şəbəkələrdəki rəsmi səhifələrində çıxış edib. Sənətçi artıq sübutların yox edilməyə başlandığını, onların bilərəkdən məhv edildiyini də xəbərdarlıq edib.
“Etibarlı mənbələrin bizə çatdırdığı məlumatlarda hələ gecə məlum idi ki, Rusiya faciədə əlaqələri olduqlarını sübut edən faktları məhv etməyə başlayıblar. Buna görə də biz ictimai şəkildə elan edirik; faciə yerindən konkret dəlil təqdim edəni mükafatlandıracağıq. Başlanğıc məbləğ 10 min dollardır. Əlbətdə ki, hər şeydən çox bizi “qara qutu” maraqlandırır.” – deyə Ruslana yazıb.