Bazar gününə keçən gecə Ukrayna hərbçiləri Donetsk aeroportuna nəzarəti ələ alıb. Məlumatı Ukraynanın müdafiə naziri Valeriy Heletey yayıb. Onun sözlərinə görə, ərazidə ordunun yeni blokpostları qoyulub. Silahlı separatçılar blokpostlara yaxınlaşmır, hərbçilərin mövqelərini Donetsk yaxınlığından minomyot atəşinə tutur.
Sərhəd rayonlarındakı hərbçilər iki dəfə minomyot atəşinə tutulub. Atəşin Rusiya ərazisindən açıldığı bildirilir.