Tərtərin Hüsənli kəndi ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə qəzaya düşənlər Azərbaycan ordusunun zabitləridir. Yaralananlar müddətdən artiq xidmət edən hərbiçilər – 1992-ci il təvəllüdlü Bəylərov Emin Nuğay oğlu, 1994-cü il təvəllüdlü Rəfizadə Nurlan Rəfail oğlu, 1993-cü il təvəllüdlü Əhlimanlı Koroğlu Elman oğludur.
Qəza zamanı həlak olan hərbi qulluqcu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsindən hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Əsgərzadə Anar İlham oğludur.
Yaralılar Ağcabədi ərazisindəki hərbi hospitala yerləşdiriliblər.
Qəzaya uğrayan nəqliyyat vasitəsinin Koroğlu Əhlimanlıya məxsus olduğu bildirilsə də, amma kimin idarə etdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aprılır.