Rusiya paytaxtı Moskvada “360°Podmoskovye” telekanalının aparıcısı – jurnalist Andrey Rıbakin qətlə yetirilib. “Media forum” saytı xəbər verir ki, bir neçə gün əvvəl qətlə yetirilən Rıbakinin meyiti iyulun 15-də Mariya Ulyanova küçəsində yerləşən binanın mənzilində aşkarlanıb.
Rıbakin “Videoregistrator” verilişinin aparıcısı idi.
Jurnalistin güllələndiyi və onun qətlində şübhəli bilinən şəxsin artıq həbs edildiyi bildirilir.