Demokratik Qüvvələrin Milli Şurasının Kordinasiya Mərkəzinin iclası keçiriləcək. Bu barədə məlumatı Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev verib. O deyib ki, Kordinasıya Mərkəzinin iclası aprelin 23-ü saat 17.00-da keçiriləcək. İclasda qurumun fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar veriləcək. İclasda sessiyasının gündəliyi, keçiriləcəyi gün, məkan də müəyyənləşdiriləcək.