Gültəkin Hacıbəyli: «Qərb Azərbaycanıyanında görmək üçün bundan sonra daha ciddi addımlar atacaq»
Avropa Şurası(AŞ) nazirləri müavinləri Azərbaycanda insan haqları, qanunun aliliyi və demokratiya sahəsində islahatların dəstəklənməsinə yönələn 2014-2015-cü illər üzrə tədbirlər planınıtəsdiqləyib. “Trend”in məlumatına görə, bu barədə Avropa Şurasının saytında bildirilib. Tədbirlər planıAŞ nazirləri müavinlərinin dünən keçirilən 1197-ci iclasında təsdiq olunub.
Göründüyü kimi, dünya siyasi səhnəsində ciddi böhranlar, qarşıdurmalar hökm sürsə də, demokratiya və insan haqlarıprioritet olaraq qalır. Demokratik dünya həm də Azərbaycan hökumətinin diqqətinə çatdırmaq istəyir ki, Qərbin yanında addımlamaq üçün demokratik islahatlar zəruridir.
Qeyd edək ki, Azərbaycan may ayından etibarən Avropa ŞurasıNazirlər Komitəsində sədrliyə başlayacaq. Avropa Şurasında təmsil olunan ölkə kimi Azərbaycan bəşəri dəyərlərə hörmət etməlidir. Dünyada baş verənlər də göstərir ki, artıq balanslısiyasət dövrü bitib və ölkələr konkret seçim etməlidir.
Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyli hesab edir ki, Avropa Şurasının Azərbaycanla bağlıtədbirlər planınıtəsdiqləməsi, Azərbaycanla bağlıkonkret addımların atılacağından xəbər verir. “Azərbaycan üçün mühüm dönəm başlayır. Azərbaycan noyabr ayının 14-nə qədər AŞ Nazirlər Komitəsində sədrlik edəcək. Ona görə də AŞ-nin adından danışan bir ölkə özünə qarşıfərqli standartlar tətbiq edə bilməz. Bundan sonra Azərbaycan daha çox diqqət mərkəzində olacaq. Azərbaycanla bağlıbu qərarıtəbii qəbul edirəm. Ölkəmiz çox önəmli coğrafiyada yerləşir və Cənubi Qafqazda demokratiyanın vəziyyəti Azərbaycandan çox asılıdır. AŞ və Qərb Institutlarıgözəl başa düşür ki, Azərbaycanın demokratikləşməsi zəruridir. Azərbaycanın Ukrayna məsələsində Qərbin yanında olmasıo demək deyil ki, Qərb Azərbaycandakıantidemokratik vəziyyətə göz yumacaq. Əksinə, Qərb Azərbaycanıöz yanında görmək üçün daha ciddi addımlar atacaq”.
Akif