«Şərq tərəfdaşlığı» çərçivəsində öhdəliklərin yerinə yetirilməməsi ölkəmizin AB üzvlüyünə maenədir
Rusiyanın postsovet məkanında yürütdüyü siyasət Avropa Birliyinin qabaqlayıcı tədbirlər görməyə vadar edib. Avropa Parlamentinin «Rusiyanın «Şərq tərəfdaşlığı» ölkələrinə təzyiqi və Ukraynanın şərqində stabilliyin pozulması» qətnaməsini bu qəbildən olan addım saymaq olar. Sənəddə qeyd olunur ki, Ukrayna və «Şərq tərəfdaşlığı»nın digər ölkələri demokratiya prinsiplərinə riayət edəcəkləri təqdirdə Avropa Birliyinə üzvlükdə bağlı müraciət edə bilərlər. Avropa Parlamenti qeyd edir ki, Ukrayna və «Şərq tərəfdaşlığı»nın digər ölkələri ilə razılaşma AB ilə münasibətlərdə yekun bənd deyil. Gürcüstan, Moldova və Ukrayna digər Avropa ölkələri kimi AB-ə üzvlüklə bağlı müraciət edə bilərlər. bunun üçün demokratiya, insan hüquq və azadlıqlarına hörmət prinsiplərinə riayət edilməlidir. Avropalı deputattla həmçinin Rusiyanı Ukraynada genişmiqyaslı hərbi əməliyyatdan çəkinməyə çağırıb. Bəs Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı səviyyəsini necə dəyərləndirmək olar? Azərbaycan AB qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilibmi?
Yeganə Hacıyeva: «Azərbaycanın Avropa Birliyinə təklif etdiyi starteji əməkdaşlıq ölkəmizə bu təşkilata üzvlük vəd etmir»
Siyasi ekspert Yeganə Hacıyeva bildirdi ki, aprelin 14-də Azərbaycanın AB-nın proqramlarında daha yaxından iştirak etmək üçün təşkilat tərəfindən bir neçə addım atılıb. AB-nın özünün oyun qaydaları olduğunu deyən Y.Hacıyeva vurğuladı ki, AB nəinki üzvlərinə, onun «Şərq Tərəfdaşlığı» kimi proqramlarında iştirak edən dövlətlərə qarşı da bir sıra tələblər irəli sürür: «Avropa Birliyinin Azərbaycanla bağlı tövsiyyələri dəfələrlə elan olunub. Azərbaycana ilk tövsiyyə insan hüquq və azadlıqları ilə bağlıdır. Eyni zamanda ədliyə islahatlarının aparılması da tövsiyələr sırasındadır. Azərbaycanın AŞ PA ilə siyasi məhbus problemi ilə bağlı əməkdaşlıq etməməsi də Avropa Birliyi tərəfindən neqativ qiymətləndirilir».
Azərbaycanın AB qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində mənzərənin ürəkaçan olmadığını deyən Y.Hacıyeva vurğuladı ki, AB-nın Azərbaycana əsas tövsiyyələrindən biri seçki qanunvericiliyi sahəsində ATƏT-dən gələn islahatların yerinə yetirilməsi ilə bağlıdır: «Azərbaycan seçki qanunvericiliyi ilə bağlı tələbi yerinə yetirmək istiqamətində əlinə şans düşmüşdü. Amma bu şansdan istifadə olunmadı. Hazırda Azərbaycanın Avropa Birliyinə təklif etdiyi starteji əməkdaşlıq ölkəmizə bu təşkilata üzvlük vəd etmir. Avropa Birliyi bu cür əməkdaşlığı təşkilata üzv perspektivi olmayan və bunu hədəf kimi qarşısına qoymayan Afrika ölkələri ilə edir. Son illər Azərbaycanla Avropa Birliyi arasında bir neçə sənəd imzalanıb, amma həmin sənədlərlə bağlı öhdəliklər yerinə yetirilməyib».
Leyla Əliyeva: “Azərbaycan hakimiyyəti dəfələrlə AB-ya üzvlükdə maraqlı olmadığını bəyan edib”
Politoloq Leyla Əliyeva da bildirdi ki, Azərbaycan-AB münasibətlərinə qiymət verərkən, ilk növbədə rəsmi Bakının ortaya qoyduğu mövqeyə nəzər yetirmək lazımdır. Azərbaycan hakimiyyətinin dəfələrlə AB-ya üzvlükdə maraqlı olmadığını bəyan etdiyini deyən L.Əliyeva qeyd etdi ki, Azərbaycanın AB-ya üzvlüyü üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən asılıdır: «Azərbaycan Avropa Birliyi qarşısında üzərinə bir sıra mühüm öhdəliklər götürüb. Həmin öhdəliklərin yerinə yetirilməsi ölkəmizi quruma üzv edə bilər. Amma Azərbaycan hakimiyyəti bu üzvlükdə maraqlı olmadığını bəyan edib. Belə olan halda quruma üzvlük daha çox Azərbaycanın mövqeyindən asılıdır».
Xəyal