Krım tatarlarından artıq 5 min nəfərə yaxını yarımadanı tərk etməyə məcbur olub. Bunu Krım Tatar Məclisinin keçmiş sədri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmil Krımoğlu keçirdiyi brifinqdə bildirib. Krımoğlu deyib ki, doğma yerlərini tərk etməyə məcbur olan tatarlar əsasən Ukraynanın qərb rayonlarında yerləşiblər. Mustafa Cəmil deyib ki, bu, on illərlə öz doğma yerlərinə qayıtmaq üçün mübarizə aparan və nəhayət buna nail olan Krım tatarlarına çox ağır zərbədir.
azadliq.info