30-a yaxın silahlı terrorçu avtobusa minərək zirehli texnikanı təqib etməyə başlayıb
Kramatorskda üç Ukrayna zirehli döyüş maşını terroristlərin mühasirəsindən xilas olub. Üç zirehli maşın Kramatorskda rusiyameyilli qüvvələrin blokadasını yararaq xilas olmağı bacarıb. Rusiyameylli qüvvələrin silahlıları dörd avtomobillə maşınları təqib edir.
Ukrayna saytlarının məlumatına görə, Ukrayna hərbçiləri zirehli texnikanı mühasirəyə almış terroristlərə əl qumbarası ilə yaxınlaşaraq dağılışmağı əmr edib.
Hərbçilər zirehli maşınlarını minərək Drujkovki istiqamətinə yola düşub. Bu vaxt atışma düşüb. 30-a yaxın silahlı terrorçu avtobusa minərək zirehli texnikanı təqib etməyə başlayıb. Tərəflər arasında atışma getdiyi barədə məlumatlar var.