Əbülfəz Qurbanlı
Kliçko, Əli Kərimli və Altay Göyüşovdan yazacam. Fikirləşdiz ki, bu 3 adamı nə birləşdirir? Səbr edin, indi biləcəksiz.
Kliçkoya şəxsən hörmətim var. İndi burada yazacaqlarım ona qarşı hörmətsizlik sayılmasın. Kişinin adı-sanı, yaxşı pulu var idi. Qalan həyatını da qayğısız yaşayardı. Amma gəlib xalqı ilə birlikdə mübarizəyə qoşuldu. Bilirsiz ki, ötən bazar günü Rusiyanın qızışdırdığı ruslar bir neçə min adamla Ukraynanın Xarkov, Donetsk, Luqansk kimi böyük şəhərlərini dövlətin heç bir müqavimətinə rast gəlmədən ələ keçirib, Ukrayna bayraqlarını çıxarıb, yerinə Rusiya bayrağı sancmışdılar. Səhərisi gün Əli Kərimli bir status yazıb, Ukraynanın hər zaman dəstək verdiyi yeni hökumətini qətiyyətsizliyinə görə tənqid etdi. Ölkənin ərazi bütövlüyünü qorumaq üçün qəti addımlar atmağa çağırdı. İnqilaba dəstək vermiş ukraynalılar özləri də yeni hökumətlərini kütləvi və daha sərt şəkildə tənqid etməyə başladılar. Ukrayna hökuməti nəhayət, Əli bəy deyənə gəlib,sərt tədbirlərə əl atdı. Xarkovda Ukrayna nəzarətini bərpa etdi. Luqansk və Donetskdəki separatçılara da ultimatum verilib. Ümid edirik ki, Xarkovdakı əməliyyatdan o biri şəhərlərdə də keçiriləcək və dost Ukrayna öz ərazisində kontrolu ələ alacaq.
Bu məqamda Altay Göyüşov da Ukraynanın yeni hökumətinə dəstək vermək bəhanəsilə Əli Kərimlini tənqid etdi . Xeyli adam da Altay bəyə haqsız mövqeyinə görə etiraz etdi. Altay bəy neynədi? Bilə-bilə ki, Kliçko hazırda hökumətdə deyil və Əli bəyin tənqidlərinin hədəfi o (eləcə də hazırda heç bir vəzifəsi olmayan Yuliya Timoşenko) ola bilməz, söhbəti fırladıb gətirdi inqilab zamanı Azərbaycanda da populyarlaşmış Kliçkonun üstünə. Kliçkonun necə cəsarətli olduğunu vəsf edib, Əli Kərimliyə hücum etdi. Mən şəxsən Altay bəyə təşəkkür edirəm, belə bir müqayisəyə şərait yaratdığına görə.
Beləliklə, Əli Kərimli və Kliçko
Kliçkonun oğlunu, qaynını, əmisi oğlunu tutublar? Üzdəniraqları yığıb Kliçkonun evinin qarşısında dəfələrlə aksiyalar keçiriblər? Kliçko etiraz aksiyalarında xalqla birlikdə döyülüb, Tutulub? Gecə saat 1-də polislər qapısını sındırmağa cəhd edib? Kliçkoya qəsd etmək üçün həbsxanadan adam buraxıblar? Kliçkonunun deputat mandatına xitam veriblər? Pasportunu alıblar? Qərargahının qapısını qaynaqlayıb, ikincisini də partladıblar? Xeyr! Xeyr!
Kliçko nə edib inqilab zamanı? Xalqla polisin arasında dayanıb, qarşıdurmanın olmamasına çalışıb. Diqqətli olun, xalqın qarşısında polis kardonu yarmağa getməyib ha, sülhməramlə qüvvə missiyasını yerinə yetirib. Bu zaman polis ona əl qaldırıb? Xeyr. Çünki polis bilirdi ki, Kliçko deputatdır, fraksiya lideridir və prezident nəinki onu özünə düşmən buyurmayıb, əksini gündə olmasa da 2-3 gündən bir prezident, dictator:) Yanukoviç onunla və və digər müxalifət liderlərilə görüşür. Merkel xanımdan, Mark Keyn bəydən, Eşton xanıma qədər bütün Qərbin də dəstəyi öz yerində.
Əli Kərimlinin başına gələnlərin onda birini yaşamamış adamı necə ona nümunə göstərə bilirsiz? Nədir bunun adı ? Milli natamamlıq kompleksi, yoxsa sadəcə paxıllıq, qısqanclıq? İnsaf bə, adam, insaf!