Ukrayna təhlükəsizlik xidmətinin keçmiş rəisi Aleksandr Yakimenko barəsində həbs qərarı verilib. Bu barədə Təhlükəsizlik Xidmətinin hazırkı rəisi Valentin Nalivayçenko verib. Onun sözlərinə görə, Yakimenko ifadə verməyə gəlməlidir. Onun məcburi gətirilməsi, məhkəməyə aparılması və həbsinə sanksiya var.
Təhlükəsizlik xidmətinin hazırkı rəisinin sözlərinə görə, Aleksandr Yakimenko ötən ilin dekabrı, eləcə də, bu ilin yanvar və fevralında Rusiya Federal Təhlükəsizlik Xidməti üçün Ukrayna ərasizində komanda məntəqələrinin kimin göstərişi ilə yaradıldığını izah etməlidir. Rusiyalı generallar Ukraynada məhz həmin məntəqələrə gəliblər və dinc sakinlərə qarşı “antiterror əməliyyatları” orada hazırlanıb.