“Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti ağırdır”.
Bunu AzNews.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib.
O bildirib ki, onu avtomobilin vurması haqda deyilənlər həqiqətə uyğun deyil: “Sərnişin avtobusunda gedirmiş. Sürücü əyləci elə vurub ki, Nuriyyə xanım yıxılıb, onurğa sütünü zədələnib. Hazırda vəziyyəti ağırdır”.
H. Ömərova xalq artistinin hazırda Sabunçu rayonundakı 3 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyini də deyib.
***
Xalq artısti, aktrisa Nuriyyə Əhmədovanın xəstəxanaya düşdüyü xəbəri yayılıb. “Bizimxeber.az”ın yaydığı məlumata görə, aktrisanı aprelin 4-də günorta saatlarında avtomobil vurub.
“Publika.az”isə xəbər verir ki, Nuriyyə xanım “Xalqlar Dostluğu” metrosu yaxınlığında “11” saylı marşrutdan düşərkən yıxılıb.
Hər iki xəbərdə onun 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildiyi bildirilir. Aktrisanın vəziyyətinin ağır olduğu da xəbərlər sırasındadır.