Martın 29-da Krım Tatarları Məclisi Baxçasarayda toplaşaraq yarımadanın ərazisində Krım Tatar Muxtar Vilayətini elan ediblər. Tatar Məclisi hesab edir ki, tatarların tarixi vətənində muxtariyyətin elan edilməsi onların doğal haqqıdır. Məclis BMT-yə, Avropa Şurasına, ATƏT-ə, İslam Konfransı Təşkilatına və başqa beynəlxalq təsisatlara müraciət edərək tatarların bu seçimi barədə rəsmi bilgi veriblər. Müraciətdə deyilir:
“2014-cü il martın 16-da Krımın Rusiyaya birləşdirilməsi üçün Krım ərazisində “referendum” keçirildi və öncədən bəlli olan nəticələr əsasında tarixi torpaqlarımız Rusiya birləşdirildi. Bütün dünyanın gözü qarşısında Krım işğal edildi. Krım tatarları bu “referenduma” qatılmadığı üçün bu qərar Krımın yerli əhalisi olaraq bizim iradəmizdən kənar baş verib. Biz hesab edirik ki, BMT-nin 13 sentyabr 2007-ci ildə qəbul etdiyi “Yerli xalqların hüquqları haqqında” qətnaməsi Krım tatarlarına şamil edilməli, bizim özünütəyin, muxtariyyət, özünüidarə haqqımız birmənalı olaraq tanınmalıdır. Krım Tatarlarının Qurultayı bu məqsədlə Krım tatarlarının tarixi ərazilərində milli muxtariyyət yaratmaları üçün siyasi, hüquqi prosedurların başlanmasını, Krım Tatar Məclisinin BMT başda olmaqla bütün müraciət edilən beynəlxalq qurumlarla danışıqlarda tərəf kimi tanınmasını tələb edir”.
azadlıq.info