İsveçrə hökuməti Yanukoviç hökumətində təmsil olunan 29 nəfər Ukrayna məmurunun bank hesabını və aktivlərini dondurub. Dondurulan aktivlərin məbləği hələlik açıqlanmır. O da bildirilir ki, Avropa Birliyinə daxil olmayan Lixtenşteyn də eyni addımı atıb. Aktivləri dondurulan məmurlar Ukrayna Mərkəzi Bankının keçmiş rəhbəri Yuriy İvanyuşenko, Xarkovun meri Genadi Kernesin, sabiq nazir Aleksandr Klimenko, Prezident Administrasiyasının sabiq rəhbəri Sergey Kluyev, deputatlar Sergey Kluyev, Aleksandr Yefremov, Boris Kolesnikov, sabiq maliyyə naziri Yuriq Kolobov, nəqliyyat naziri Vladimir Kozak, sahibkar Sergey Kurçenko, ədliyyə naziri, Yelena Lukaş, dövlət başçısının müşaviri, Andrey Portnov, kənd təsərrüfatı naziri Nikolay Prisyajnikov, baş prokuror Viktor Pşonki və onun oğlu Artem, daxili işlər naziri Viktor Ratuşyanko.