Ukrayna: ikinci inqilabın xronikası Keçmiş prezident ölkədən qaça bilmədi, onun ətrafı isə pərən-pərən düşdü FOTO VİDEO
23.25
Yuliya Timoşenko Maydana çatıb və 50 mindən çox aksiyaçı qarşısında çıxış edib. Keçmiş baş nazir səhnəyə əlil arabasında çıxıb.
Timoşenko Ukrayna xalqının etdiyini qəhrəmanlıq adlandırıb. Timoşenkonun çıxışından bəzi hissələri təqdim edirik:
Biz Yanukoviçi və onun ətrafına yığılmış əclafların hamısını Maydana gətirməliyik.
Kimsə sizə desə ki, evinizə dağılışın, burda sizing üçün hər şey ediləcək, ona inanmayın. Siz inandığınız şəxsləri hakimiyyətdə görənədək burda dayana bilərsiniz.
Ukraynada nəzərdə tutulan dəyişik başa çatmayınca Maydanı tərk etməyə haqqınız yoxdur. Geriyə bir addım da atmayın.
Snayperlər güllələri ölən balalarımızın ürəyinə sıxanda, onu hər birimizin ürəyinə sıxmışdı. Əgər bunu təşkil edənlər və yerinə yetirənlər ən sərt şəkildə cəzalandırılmasa, biz heç nəyi qoruya bilməyəcəyik. Əgər biz onlara məsuliyyətdən yayınmaq imkanı verəcəyiksə, bizim qəhrəmanların ürəyinə güllə sıxanları bağışlayacağıqsa, bu, əbədi rüsvayçılıq olacaq.
Mən sizin bütün tələblərinizin yerinə yetirilməsinin qarantı olacam.
Ukraynanın bütövlüyünü qorumaq zəruridir. Ölkənin parçalanmasına heç bir halda imkan vermək olmaz. Ukrayna ayrı-ayrı quberniyalara bölünməməlidir.
Bu gündən Ukraynalılar yeni siyasətçilər görəcəklər. Mən sizi bir daha kimsənin satmaması üçün qarant olacam. Pərdə arxasında nələrin baş verdiyini bilməniz üçün qarant olacam.
Mən sizin qarşınızda bütün siyasətçilər adından üzrxahlıq etmək istəyirəm. Onlar sizə layiq olmadılar. İstəyirəm ki, siz başqa cür siyasətçilər, məmurlar görəsiniz, sizin qürurunuz ölkənin yeni hökuməti üçün əsas olsun…
22.54
Yuliya Timoşenko etirazların dağıdılması zamanı həyatını itirmiş insanların xatirəsini yad etmək üçün Qruçevski meydanına gəlib. Tərəfdarları hərəkət etməyə çətinlik çəkən keçmiş baş naziri əllərində tutub.
21.52
Yuliya Timoşenkonun olduğu təyyarə bu dəqiqələrdə Kiyevə çatıb. Onun yaxın vaxtda Maydana çatacağı gözlənilir. bundan əvvəl isə o qırğın zamanı həyatını itirmiş insanların xatirəsini yad etmək üçün Qruşevski meydanına gedib.
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko fevralın 22-i axşam saatlarında Xarkovda saxlandığı həbsxanadan azad edilərək, əvvəlcə xəstəxanaya aparılıb, oradan isə təyyarə ilə Kiyevə yola salınıb. Timoşenkonun Kiyevdə birbaşa Maydana gedəcəyi gözlənilir.
Ukrayna KİV-in yaydığı məlumata görə, keçmiş baş nazirin azadlığa çıxarkən dediyi ilk sözlər bu olub: “Bu gündən etibarən Ukrayna mənim kimi, Günəşi və aydın səmanı görə biləcək. Çünki ölkədəki diktatura süqut etdi. O, siyasilərin, diplomatların deyil, öz hüquqları, ailələri və ölkələri naminə meydana çıxan insanların sayəsində süqut etdi. Ölkəmizin igid övladları bizim xoşbəxt yaşamamız üçün canlarından keçdilər. Onların bir damla qanının belə hədər getməməsi üçün hamımızın qarşında böyük vəzifə durur”.
Timoşenko prezident seçkilərinə qatılacağını da bəyan edib.
20.24
Xarkovun meri Gennadiy Kernes və vilayətin qubernatoru Mixail Dobkin Rusiyaya qaçıblar. Bu barədə məlumatı yeni təyin olunan daxili işlər naziri Arsen Avakov facebook ünvanında paylaşıb.
19.50
19.49
Timoşenko Xarkovda saxlanıldığı xəstəxanadan buraxıldı. Hazırda sabiq baş nazirin Maydana istiqamət aldığı deyilir.
19.40
Rusiya Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov Ukraynada baş verən məsələlərə münasibət bildirib: “Yanukoviçin Kiyev yaxınlığıdakı Mejqoreadakı iqamətgahına hazırda hamını buraxırlar. O, özü qaçıb, mühafizəçilər yoxdur. Bu prezidentin acı sonluğudur”.
19.20
Ali Rada Ukraynada növbədənkənar seçkilərin vaxtını təyin edib. Seçkilər mayın 25-də keçiriləcək. Ali Rada eyni zamanda qəbul etdiyi başqa bir qərarla Yanukoviçi 328 səslə dövlət başçısı vəzifəsindən uzaqlaşdırıb.
19.00
Almaniyanın XİN rəhbəri Frank Valter Ştaymayer, Polşanın XİN rəhbəri Radoslav Sikorskiy və onların Fransalı həmkarları Erik Furne Ali Radadakı müzakirələrə qatılıblar.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Kluyevə qarşı Avstriyada cinayət işi açılıb. Cinayət işi iki maddə üzrə qaldırılıb – çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə. Cinayət işini Prokurorluğun İqtisadi cinayətlər və Korrupsiyaya qarşı Mübarizə Departamenti aparır.
Bu arada Ukraynanın Müdafiə Nazirliyi bəyanatla çıxış edərək bilidirib ki, silahlı qüvvələr daxili siyasi konfliktə müdaxilə etməyib və bundan sonra da etməyəcək.
18:00
Ukrayna prezidenti Viktor Yanukoviç Xarkovda üzə çıxıb. O, ölkə telekanallarından birinə müsahibə verib və ölkədəki son hadisələri “dövlət çevrilişi” adlandırıb. Yanukoviç istefa verməyəcəyini, müxalifətlə hər hansı sənədə imza atmayacağını bəyan edib: “Məni zorla istefaya məcbur etmək istəyirlər, amma mən istefa verməyəcəm və banditlərlə heç bir sənədə imza atmayacam. Ölkəni də tərk etmək fikrim yoxdur”.
Bundan başqa, Yanukoviç keçmiş spiker Rıbakın təzyiq altında istefa verdiyini bildirib. Onun sözlərinə görə, Rıbakı döyüb, hətta silahla hədələyiblər və o, hazırda Donetskdə müalicə alır.
17:10
Viktor Yanukoviçin Ali Radadakı nümayəndəsi Yuriy Miroşniçenko onun istefa verdiyini təsdiqləyib. Yanukoviçin istefa bəyanatının tezliklə prezidentin saytında yerləşdiriləcəyi bildirilir.
17:05
Keçmiş baş nazir Yuliya Timoşenko elə bu gün Radada çıxış edə bilər. Bu barədə “Batkivşina”dan deputat Aleksandr Briqineç facebook səhifəsində yazıb: “Timoşenko artıq azadlıqdadır. Bundan dərhal sonra Yanukoviç istefa bəyanatı yazıb. Ümidvaram, Timoşenko artıq bu gün parlamentdə çıxış edəcək”.
17:29
Ukraynanın müdafiə naziri Pavel Lebedev səlahiyyətlərini heç kimə təhvil vermədən Krıma gedib. Son məlumatlara görə, hazırda son olaylar zamanı ordunun dislokasiyası və yer dəyişməsiylə bağlı nazirlikdəki bütün sənədlər yandırılır.
17:00
Mejqoreada Yanukoviçin “qara muhasibatın” aşkar ediblər. İfşaedici sənədlər Dnepr çayında tapılıb. Sənədlər arasında yol polisi əməkdaşıarına əlavə ödənişlər, tenderdəki rüşvətlər, xüsusi mənzillər və dəvəquşuların saxlanması üçün xərclənən vəsaitlər əksini tapıb.
16.51
Ali Radanın qərarı ilə azad edilən sabiq baş nazir Timoşenko bəzi məlumatlara görə, artıq azadlıqdadır.
“Batkivşina”nadan olan deputatlardan biri efirdə bəyan edib ki, Yanukoviç istefa verib: “Məncə, sizin haminıza artıq rəsmən bəyan olunacaq ki, Yanukoviç istefa verib, Yuliya Timoşenko isə azadlıqdadır”. Bu arada “Azadıq Partiyasının” Tviter səhifəsində yazılıb ki, Yanukoviç istefa verib, deputatlar təcili sürətdə iclas zalına yığılır. Yanukoviçin istefası rəsmən təsdiqlənməyib.
16.35
Ali Radanın yeni seçilən spikeri Aleksandr Turçinov Yanukoviçlə şəxsən görüşərək onun istefa qərarını müzakirə etmək istəyir. Bu barədə Turçinov mətbuat konfransında bəyan edib. Turçinov artıq Yanukoviçlə görüçmək istəyi barədə prezidentin aparatına məlumat evrib. “Bu görüş bir çox suallara aydınlıq gətirərək, cəmiyyətdəki gərginliyi azalda bilər”
16.31
Xarkovda Ukraynanın Cənub-Şərq vilayətlərinin, habelə Krım muxtar respublikasının və Sevastopolun deputatlarının qurultayında qarşıdurmanın növbəti mərhələsi sayıla biləcək qərar qəbul olunub. Qurultayda qəbul edilən bəyanata əsasən Ukraynanın Cənub-Şərq vilayətləri, habelə Krım və Sevastopol Kiyevdə konstitusion qaydaların tam bərpa olunmasına qədər bütün hakimiyyəti üzərinə götürməyə hazırdır. “Biz bütün səviyyələrdə yerli özünüidarəetmə orqanları, Krım muxtar respublikasının Ali Şurası, Sevastapol vilayəti öz ərazilərimizdə konstitusion qaydaların və qanunların, vətəndaşların hüquqlarının təmin edilməsi üçün məsuliyyəti üzərimizə götürürük” – deyə bəyanatda bildirilir. Qurultay iştirakçıları həmçinin bildiriblər ki, Kiyevdə Ali Radanın qəbul etdiyi son qərarların legitimliyinə və könüllü qəbul edildiyinə şübhə edirlər. Onların fikrincə qəbul olunan qərarlar təzyiq altında verilib. Regionlar Partiyasının parlament fraksiyasının rəhbərinin müavini Oleq Tsarev qurultayda çıxış edərək bildirib ki, Kiyevdə baş verənlər “hakimiyyətin silah gücünə ələ keçirilməsi”dir.
Qurultayın keçirildiyi İdman sarayının qarşısında müxalifətçi fəalının piketi keçirilib.
16.16
Ali Radanın qərarı ilə azad edilən sabiq baş nazir Timoşenkonun qızı Yevgeniya Timoşenko anasını qarşılamaq üçün Xarkova yola düşüb. Yulaya Timoşenkonun sözlərinə görə, onu bu yolda ailə üzvləri, xarici diplomatlar müşayət edir. “Ukrayna qanunlarına və beynəlxalq normalara görə mənim anam artıq azad insandır. Ali Radanın qərarın eşidən də göz yaşlarımı tuta bilmədim”. “Batkivşina”nın mətbuat katibi bildirib ki, sabiq baş nazir hazırda Xarkovda xəstəxanadadır. Onu hələ azad etməyiblər. Amma bu hər an baş verə bilər.
16.06
Ukrayna parlamenti müxalifətdən olan hüquqşünas Arsen Avakovun Daxili İşlər naziri təyin edilməsi barədə qərar çıxarıb. O, yeni hökumət formalaşdırılana qədər ölkə polisinə rəhbərlik edəcək.
15:42
Ukrayna parlamenti ölkənin baş prokuroru Viktor Pşonkeyə etimadsızlıq haqda qərar qəbul edib. Qərara 321 deputatdan 247-i səs verib. Bununla da Ukraynanın baş prokuroru istefaya göndərilib.
15.33
Ali Radanın yeni spikeri kimi “Batkivşina”dan Aleksandr Turçinov seçilib. Bu qərara 326 deputatdan 288-i səs verib. Ali Radanın sədrliyinə digər namizəd deputat Petra Poroşenko isə namizədliyini son anda geri götürüb.
13.50
“Yanukoviç Ukrayna üçün artıq təhlükə deyil”. Bu fikri Polşa prezidenti Bronislav Komorov yerli telekanala müsahibəsində deyib: “Yanukoviç mövqelərini, nüfuzunu, gücünü itirir. Ona görə düşünmürəm ki, o Ukraynanın gələcək inkişafı üçün hər hansı təhlükə törətsin”. Tərəfləri kompramisə dəvət edən Komorov vurğulayıb ki, baş verənlər Ukrayna üçün bir sınaqdır.
13:40
Ali Radanın iclasında Yanukoviçin istefası tələb olunub. “Batkivşina”nın lideri Yatsenyuk bəyan edib ki, Yanukoviç 2004-cü il Konstitusiyasına qayıtmaqla bağlı qərarı hələ də imzalamayıb, bu da onun istefası üçün əsasdır. Yatsenyuk deyib ki, Yanukoviç qərarı fevralın 21-i axşama qədər imzalamalı idi.
Yatsenyuk bütün fraksiya liderlərini bununla bağlı məsləhətləşməyə və qərar qəbul etməyə çağırıb.
“UDAR”ın lideri Kliçko isə bəyan edib ki, Ali Rada Yanukoviçin istefasını tələb edən qərar verməlidir. “Biz insanların tələbinə əsasən Yanukoviçin dərhal istefası ilə bağlı qərar çıxarmalıyıq. Bu gün parlament qərar verə biləcək yeganə legitim orqandır”.
Müstəqil deputat Oleq Lyaşko da müxalifət liderlərinin təklifini dəstəkləyib.
Oleq Lyaşko həmçinin, aprelin 27-də növbədənkənar prezident seçkisinin keçirilməsi haqda qərar layihəsi hazırlayıb və qeydiyyata aldırıb.
13.35
Ukrayna prezidenti Viktor Yanukoviçin Mejqoreadakı iqamətgahı sadə vətəndaşların üzünə açıq elan olunub. Bu barədə 5-ci kanal məlumat verib. İqamətgahın mühafizəsi jurnalistlərə, vətəndaşlara bələdçilik edir.
13.20
Ali Radanın spikeri Vladimir Rıbak və sədrin müavini İqor Kaletnik səhhəti ilə əlaqədar istefa ərizəsi yazıb. Bu barədə spikerin müavini Ruslan Koşulinskiy məlumat verib: “Vladimir Rıbak səhhətindəki problemlərlə bağlı istefa ərizəsini qəbul etməyi xahiş edir”. Müxalifət bu qərarı alqışlayıb. Qərarın qəbulu üçün parlamentdə kvorum var.
12:34
Ukraynanın prezidenti Yanukoviçin parlamentdəki təmsilçisi Yuriy Miroşniçenko bəyan edib. Miroşniçenko bildirib ki, prezidentin yerini bilən kimi bu barədə ictimaiyyətə məlumat verəcəyinə söz verib.
Ukrayna prezidenti Viktor Yanukoviç fevralın 21-i yerli vaxtla saat 22.40-da paytaxt Kiyevi tərk edib. V. Yanukoviç özünün ən sadiq mühafizəçiləri, eləcə də parlamentin sədri Vladimir Rıbak və prezident administrasiyasının rəhbəri Andrey Klyuyev ilə birlikdə prezident təyyarəsində naməlum istiqamətə uçub.
Ukrayna informasiya agentlikləri əvvəlcə dövlət başçısının Xarkova uçduğu haqda məlumat yayıb. Onun ölkənin cənub-şərq vilayətlərinin bütün səviyyələrdən olan deputatlarının fevralın 22-də Xarkovda keçiriləcək qurultayında iştirak edəcəyi bildirilib. ABŞ Dövlət Departamentindəki mənbə də V. Yanukoviçin Xarkova getdiyini söyləyib. Amerikalılara bu məlumatı xarici işlər naziri Leonid Kojara verib. Lakin Xarkov hava limanının rəsmi nümayəndəsi prezident təyyarəsinin bu şəhərə enmədiyini deyib.
“RBK Ukraina” agentliyi isə prezident təyyarəsinin fevralın 22-də saat 04.30-da Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra beynəlxalq hava limanına endiyi barədə xəbər yayıb. V. Yanukoviçin təyyarədə olub-olmadığı haqda hər hansı informasiya verilmir.
00:48
“Sağ sektor”un və Maydan fəallarından bir qrupunun ölkə prezidenti Yanukoviçə istefaya getmək üçün fevralın 22-dək vaxt verməsi birmənalı qarşılanmayıb. Ukraynanın ilk prezidenti Leonid Kravçuk “5-ci kanal”a müsahibəsində deyib ki, Yanukoviç istefası barədə müstəqil şəkildə qərar verməlidir. Onun fikrincə, etirazçılar prezidenti silah gücünə, hökumət qüvvələrinə qarşı hücum etməklə istefaya göndərmək istəsə, Ukrayna “demokratiya” sözünü yadından çıxarmalıdır.
“UDAR” partiyası da Yanukoviçin 10 gündən tez istefaya gedə bilməyəcəyini bildirib. Partiya bəyan edib ki, böhranın həllinə dair imzalanmış razılaşmaya əsasən, 10 gün ərzində hakimiyyət və müxalifət Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırmalıdır. Yanukoviç yalnız bundan sonra istefa verə bilər.
Partiyanın lideri Vitali Kliçko isə Maydan fəalları qarşısında çıxışı zamanı deyib ki, Yanukoviçin istefaya gedəcəyi ağlabatan deyil. O, müxalifət tərəfdarlarını hakimiyyətin dəyişməsi üçün mərhələ-mərhələ real addımlar barədə düşünməyə çağırıb. Kliçko istefa ultimatumunu silah gücünə qəbul etdirmək niyyətini isə “böyük yanlışlıq” adlandırıb.
“Sağ sektor”un liderləri isə Yanukoviç istefa verənə qədər silahı yerə qoymayacaqlarını bəyan ediblər.
*********************************************************************
21.02.2014
23:46
Radanın qərarı ilə daxili işlər naziri vəzifəsindən istefaya göndərilən Vitali Zaxarçenko ölkədən qaçmaq istəyir. Bu barədə Batkivşina fraksiyasından olan deputat Andrey Parubiy məlumat verib. Deputat həmçinin Zaxarçenkonun buna nail olacağına şühbə etdiyini də bildirib.
Parubiyin sözlərinə görə, keçmiş nazir ölkədən qaça bilsə də, beynəlxalq axtarışa veriləcək və Ukrayna qanunları ilə mühakimə olunacaq.
23:44
Maydanda toplaşmış partiyasız fəallar və “Sağ sektor” deyilən radikallar prezident Yanukoviçlə danışıqları barədə məlumat vermək üçün səhnəyə qalxan müxalifət liderlərini fitə basıblar. Onlardan biri Vitali Kliçkonun sözünü yarıda kəsərək mikrafonu alıb və bəyan edib ki, Yanukoviç fevralın 22-i saat 10-a (Bakı vaxtı ilə 12-ə) qədər istefa verməsə, hökumətə qarşı silahlı hücuma keçəcəklər.
Meydana toplaşanlar bu bəyanatı alqışlarla qarşılayıblar. Daha sonra hökumət qüvvələri ilə toqquşmalarda ölən etirazçıların tabutları onları yad etmək üçün meydana gətirilib.
“Sağ sektor”un lideri Dmitri Yaroş isə bildirib ki, baş verənlərə görə hakimiyyətdəkilərin hər biri günhakardır. O, Maydanın bütün subyektlərinin birgə mübarizə əzmini qorumalı olduğunu deyib.
23:12
Ukrayna prezidenti Viktor Yanukoviçin iki müşaviri itsefa verib. Bu yaxınlarda müşavirə postuna təyin edilmiş İrina Akimova eyni zamanda prezidentin Nazirlər Kabinetində nümayəndəsi idi. istefa verən digər müşavir isə Vitali Qramotnevdir.
23:02
Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eşton hesab edir ki, AB ilə Ukrayna Assosiasiya sazişi imzalamalıdır. Bu barədə o Londonda müxalifət və Yanukoviç arasında razılaşmanın şərh edərkən bildirib.
Eşton bəyan edib ki, AB və beynəlxalq maliyyə təşkilatları Ukraynaya iqtisadi yardım paketi təqdim etməlidir. “Yanukoviç noyabrda görüş zamanı dedi ki, o da bunu istəyir. İnanıram ki, bu baş verəcək” – deyə Eşton bildirib.
22:32
Ukrayna Ali Radasında prezidentə qarşı impiçment haqqında qanun layihəsi qeydiyyata salınıb. Hələlik qanun layihəsinin mətni yaxud digər əlavə sənədlər barədə məlumat verilmir.
20:54
Ali Rada keçmiş baş nazir Yuliya Timoşenkonun məhkum edildiyi maddələrin dekriminallaşdırılması ilə bağlı qərar qəbul edib. Qanun layihəsinə 310 deputat səs verib. Müzakirələr zamanı deputatlaar bəyan edib ki, bu sənəd Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun azad edilməsinə ikman verəcək.
Xatırladaq ki, Timoşenko 2011-ci ilin oktyabr ayından 2009-cu ildə Rusiya ilə qaz sazişi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunara 7 il müddətinə həbs olunub.
20.26
Ali Radanın vitse-spieri Ruslan Koşulinski daha 24 deputatın – Derkaç, Zubov, Pekov, Prodivus, Siqala, Smityuxa, Yatsenko, Serqey Buryak, Terriela Vasadze, Yekaterina Vaşuk, Nikolay Ciqi, Oleq Zarubinski, Qriqori Kaletnik, Oleq Kuliniç, İvan Kurovski, Vladimir Makeenko, Yaroslav Moskalenko, Vladimir Pilipenko, Anatoli Priqodski, Nikolay Soroka, Vitali Xomutinnik, Vladimir Zubik, Aleksandr Qereqa, Stanislav Berezkinшт Regionlar Partiyası fraksiyasını tərk etdiyini bəyan edib.
20.11
Ali Rada Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenoknu vəzifəsindən azad edib. 332 deputat bu qərarın lehinə səs verib.
18.55
Rada yenidən işinə başladı. Ali Rada Maydanın bütün fəallarını cinayət təqibindən azad etdi. Bununla bağlı xüsusi qanun qəbul edilib. Qanun hazırda həbs olunanlarla yanaşı, Maydanda iştiraka görə ittiham olunacağı ehtimal olunanlara qarşı da şamil ediləcək. Maydan Radanın bu qərarını alqışla qarşılayıb.
18.50
“Batkivşina” fraksiyasının lideri Arseniy Yasenyuk bəyan edib ki, Maydan bütün tələblər yerinə yetirilməyənə qədər dağılmayacaq. Yasenyuk bildirib ki, Yanukoviçlə imzalanan razılaşmadakı bütün bəndlər yerinə yetirilməlidir. Bu baş verməsə ölkənin düşdüyü böhrandan çıxması mümkün deyil.
18.35
Çerkas şəhərinin şurası Ali Radanın növbədənkənar seçkilər təyin etməsi qərarını dəstəkləyərək, özünü buraxmaq haqqında qərar verib. Bu qərara 38 deputatdan toplantıda iştirak edən 34-ü səs verib. Dörd nəfər bitərəf qalıb.
18.24
Ukraynanın eks baş naziri, hazırda siyasi məhbus olan Timoşenkonun qızı Yevgeniya Timoşenko Avropa Birliyini hazırkı prezident Yanukoviç və onun rejiminə qarşı dərhal sanksiyalar tətbiq etməyə çağırıb: “Heç bir ümid yeri qalmayıb. Mən Avropa Birliyini Yanukoviçə qarşı sanksiyalar tətbiq etməyə çağırıram. Günahkarlar cəzalandırılmalıdır”.
18.15
Yanukoviç və 3 müxalifət lideri Ukraynadakı böhrandan çıxış üçün razılaşma imzalayıblar. Hələlik razılaşmanın detalları açıqlanmır. Almaniyanın xarici iələr naziri Frank Valter Ştaynmayer, Fransanın xarici işlər naziri Loran Faibus və Polşanın xarici işlər naziri Radoslav Sikorskiy imzalanmaya şahidlik edərək, sənədə imza atıblar. Rusiya Federasiyasının ombudsmanı razılaşmaya imza atmaqdan imtina edib. İmzalanma mərasimində həmçinin Prezident Administrasiyasının rəhbəri Andrey Kluyev, Ali Radanın sədri Vladimir Rıbak, XİN rəhbəri Leonid Kojara və xarici dövlətlərin səfirləri iştirak edib.
Rusiya Dumasının komitə sədri Leonid Slutskiy Ukraynada yeni yaradılacaq hökümətlə əməkdaşlıq edəcəklərini bəyan edib.
Bu arada Regionlar Partiyasından olan istefalarla bağlı son açıqlama yayılıb. Açıqlamada deyilir ki, Regionlar Partiyasının rəhbərliyindən 16 nəfər istefa verib.
16.38
Kiyevdən verilən son xəbərər görə, hüquq-mühafizə orqanlarının əməkdaşları parlament binasının qarşısından geri çəkilirlər.
Avropa Birliyinin təmsilçiləri Maydana gediblər. Almaniyanın xarici iələr naziri Frank Valter Ştaynmayer, Fransanın xarici işlər naziri Loran Faibus və Polşalı həmkarları Radoslav Sikorskiyin Maydana getməsinin səbəbi hakimiyyətlə müxalifətin razılaşdırdığı layihəni müzakirə etməkdir.
16.12
Ukraynada baş verən hadisələr Avropa Parlamentində müzakirəyə çıxarılacaq. Baş verənlərlə bağlı xüsusi qətnamənin qəbul olunması gözlənilir. Bundan başqa Avropa Parlamenti Ukraynaya yeni bir nümayəndə heyəti göndərəcək.
15.58
Regionlar Partiyasından istefalar davam edir. Partiyadan çıxanlar Lvov şəhərinin yerli şöbəsinin rəhbəri Petr Pisarçuk, hakim partiyadan olan deputatlar Buşka, Moşak, Lano, Kovaç, Qaydaş, Keremçuq Şopovalovdur. Bundan başqa regionlarda da hakim partiyanın rəhbərləri, sıravi üzvləri RP-ni tərk edirlər.
Ukraynanın Sumax şəhərində polis müxalifətçilərər çəhərdə asayişi qorumaq üçün birgə mühafizə dəstələrinin yaradılmasını təklif edib. Kiyevdə isə yol polisi şəhərə giriş və çıxışla bağlı tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb.
15.37
Bu arada Həmkarlar Evində aparılan axtarış zamanı yanmış cəsədlər aşkar olunub. Müxalifət təmsilçıləri bu şəxslərin Berkut tərəfindən yandırıldığını elan edib. Yanğın zamanı təxminən 40-50 nəfərin yandığı bildirilir.
15.30
Ukraynanın 2004-cü il Konstitusiyasına 2014-cü ilin sentyabr ayında qayıdılacaq. Artıq bu istiqamətdə müxalifətlə hakimiyyət arasında razılıq əldə olunub. Yerli KİV-lərin verdiyi məlumata görə, bu istiqamətdə artıq hazırlıq işlərinə başlanılıb. Bu arada Ukraynanın regionlarında polislə müxalifətçilərin qarşıdurması və insan itkiləri barədə məlumat verilir. Yanukoviçlə müxalifətin əldə etdiyi son razılıq “Demokratik Alyans” və “İctimai Sektorun” kəskin narazılığına səbəb olub. Bu siyasi qüvvələrin təmsilçiləri aksiya keçirərək Yanukoviçin dərhal istefa verməsini tələb ediblər. Onların fikrincə, baş verənlərdən sonra hakimiyyətlə razılıq qəbuledilməzdir.
15.25
Ukrayna prezidenti Viktor Yanukoviç xalqa müraciət edib. Son günlər ilk dəfədir ki, xalqa müraciət edən dövlət başçısı növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar verib. Eyni zamanda Yanukoviç 2004-cü il Konstitusiyasına geri dönülməsiylə bağlı da addım atıb: “Dövlət başçısı səlahiyyətlərinin parlamentə verilməsiylə bağlı qərar vermişəm. Yaxın zamanlarda Milli Etimad Hökümətinin yaradılmasıyla bağlı addımlar atılacaq”.
13.40
Dnepropetrovskda Regionlar Partiyasının qərargahı yandırılıb. Bundan əvvəl isə Lusetsk, Poltava, Odessa və Kiyevdə hakim partiyanın qərargahlarının yandırıldığı xəbəri yayılmlşdı. Fevralın 20-də naməlum şəxs Dnepropetrovskda partiya ofisinin pəncərəsini qıraraq icəri yandırıcı maddə atıb. Alovun qarşısı bir müddət sonra mühafizəçilər tərəfindən alınıb.
13.30
Ali Radanın sədri Vladimir Rıbak dünənki fövqəladə iclasda iştirak etməməsinin səbəblərinə aydınlıq gətirib. O, bildirib ki, iclas gedən vaxt onun 39-40 dərəcə hərarəti var imiş. Rıbak bu bəyanatı, bəzi deputatların onun istefasını tələb etməsindən sonra verib. Ribak eyni zamanda əlavə edib ki, hərarətə baxmayaraq o, dünən səhər saat 6-ya qədər böhrandan çıxış layəhəsi üzərində işləyib.
13:20
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general Vladimr Zamana tutduğu vəzifədən çıxarılaraq başa işə keçirilməsinin səbəbini açıqlayıb. O, “5-ci kanal”a müsahibəsində deyib ki, baş qərargah rəisi vəzifəsindən mitinqçilərə qarşı ordudan istifadə cəhdinə etiraz etdiyi üçün çıxarılıb. “Mən orudan Ukrayna xalqına qarşı istifadə olunmasından imtina etdim. İstefam barədə raportu isə üç gün əvvəl yazmışdım”, – deyə Zamana bildirib.
Fevralın 21-də isə Baş Qərargah rəisinin müavini, general Yuri Dumanski ordunun ölkədəki vətəndaş qarşıdurmasına cəlb edilməsi cəhdlərinə etiraz olaraq istefa verib. “Bu, həm hərbçilər, həm də dinc vətəndaşlar arasında ölümlərə səbəb ola bilər. Ordunun bu münaqişəyə cəlb edilməsi yolverilməzdir. Bu, mənim şəxsi mövqeyimdir, ona görə də istefa verirəm” – deyə o, ərizəsində yazıb.
Məlum olub ki, Silahlı Qüvvələrin komandanlığı ordunun etirazçılara qarşı istifadə olunması məsələsini müzakirə edir və prezident Viktor Yanukoviçin yeni təyin etdiyi Baş Qərargah rəisi belə əmr verməyə hazırlaşır.
General Dumanski bildirib ki, öz mövqeyini rəhbərliyə, o cümlədən müdafiə naziri Pavel Lebedevə izah etməyə çalışıb. Lakin onu dinləyən olmayıb.
Xəbərlərə görə, iğtişaşların bürüdüyü Kiyevə regionlardan desant qüvvələri və aeromobil polkla yanaşı Feodosiyadan dəniz piyadaları da göndərilib. Müdafiə naziri bildirib ki, ordu yalnız ölkədə fövqəladə vəziyyət və ya hərbi vəziyyət elan ediləcəyi təqdirdə böhrana müdaxilə edə bilər.
11:50
Ukraynada hökumətlə müxalifət arasında böhranın həllinə dair saziş imzalanacaq. İmzalanma mərasimi bu gün Bakı vaxtı ilə saat 14:00-da, Prezadent Administrasiyasında olmalıdır.
Sazişin imzalanmasına dair razılıq Ukrayna prezidenti Viktor Yanukoviç, müxalifət liderləri, Avropa Birliyinin nümayəndələri (Almaniya, Fransa və Polşa XİN başçıları) və Rusiyanın təmsilçisi (Ombudsman) arasında keçirilmiş çoxtərəfli görüşdə əldə olunub.
Məlumatı Yanukoviçin mətbuat xidməti yayıb.
Ukrayna KİV-in verdiyi xəbərə görə, AB nümayəndələrinin Yanukoviç və müxalifət liderləri ilə apardığı danışıqlar bütün gecə boyu 8 saatdan çox çəkib.
Bu arada Kiyev küçələrində gərginlik qalmaqdadır. Müxalifət fəallarına hökumət qüvvələrinin snayper atəşlərinə tuş gələ biləcəkləri üçün Maydandan kəara çıxmamaq çağırışı olub.
Lvovdan Maydana dəstək vermək üçün 8 avtobus etirazçı gəlib.
Donetskdən Kiyevə gələn Yanukoviç tərəfdarları isə şəhərə daxil olmadan, elə gəldikləri qatarla da geri qaytarılıblar.
01:40
Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel və İngiltərənin baş naziri Devid Kemeron arasında telefon danışığı olub. Məlumatı Rusiya prezidentinin mətbuat xidməti yayıb.
Məlumata görə, tərəflər Ukraynada silahlı qarşıdurmanın kəskinləşməsindən narahatlıq ifadə ediblər. Putin həmçinin, Rusiya ombudsmanı Vladimir Lukini vasitəçilik missiyası ilə Kiyevə göndərdiyi haqda Merkel və Kemeronu məlumatlandırıb.
01:24
Ukraynanın keçmiş daxili işlər naziri Yuriy Luçenko Maydanın mühafizəsinə könüllülər cəlb etmək üçün Lvova gedib. O öz məqsədini Lvovdakı Avromaydanda elan edib və hüquq-mühafizə orqanlarının onlarla keçmiş və indiki əməkdaşından ibarət silahlı dəstə yarada bilib. Keçmiş nazir çıxışında deyib ki, Kiyevdə Maydana az miqdarda silah toplaya bilmələrindən sonra hökumət qüvvələri qorxaraq hücumdan imtina ediblər. Bu mənada o, Maydanda silahlı müdafiə qüvvələrinin artmasını zəruri sayıb.
Kanadanıın baş naziri Stiven Harper bəyan edib ki, ölkəsi Ukrayna məmurlarına qarşı sanksiyaları sərtləşdirir. Söhbət iqtisadi sanksiyalara məruz qalan və ölkəyə girişi qadağan edilən vəzifəli şəxslərin siyahısının genişləndirilməsindən gedir.
00:50
ABŞ prezidenti Barak Obama Ukraynadakı vəziyyəti fevralın 20-də telefonla Almaniyanın kansleri Angela Merkellə müzakirə edib. “Unian” agentliyi Ağ Evin mətbuat xidmətinə istinadla bildirir ki, iki ölkə lideri Ukraynadakı böhranın həlli üçün razılaşdırılmış birgə fəaliyyətə dair razılıq əldə ediblər. “Onlar razılığa gədiblər ki, Ukraynadakı zorakılığın dayandırılması və böhranın Ukrayna xalqının maraqlarına cavab verən şəkildə siyasi həlli üçün ABŞ, Almaniya və Avropa Birliyinin qarşıdakı günlərdə yaxından qarşılıqlı ünsiyyatdə olması olduqca vacibdir”, – deyə Ağ Evin məlumatında bildirilir.
00:34
Ukrayna Ali Radası antiterror əməliyyatı adı altında etirazçılara qarşı həyata keçirilən hücumların dayandırılması haqda qərar qəbul edib. Qərara əsasən, xüsusi strukturlarının əməkdaşları Kiyevi təkr etməlidir. Qərarın lehinə 236 deputat səs verib. Həmçinin qeyd olunur ki, ölkədə fövqəladə vəziyyət yalnız Radanın razılığı ilə tətbiq oluna bilər. Qərara görə, Ali Rada “dinc vətəndaşlara qarşı gücdən istifadəni və insanlıq əleyhinə cinayətləri” qətiyyətlə mühakimə edir.
Sənədə əsasən Daxili İşlər Nazirliyi Kiyevdə və başqa yaşayış məntəqələrində nəqliyyatın hərəkətini məhdudlaşdırmağa son qoymalıdır. DİN həmçinin, əməkdaşlarını daimi dislokasiya yerlərinə qaytarmalıdır.
Müdafiə Nazirliyi silahlı qüvvələrdən ölkə daxilində “antiterror əməliyyatında” istifadə olunmasını qadağan etməlidir.
Nazirlər Kabineti Kiyevə nəqliyyatın hərəkətini məhdudlaşdıran qərarını ləğv etməlidir.
Ali Radanın başqa bir qərarı isə ölkədəki böhran həll edilənədək hər gün toplaşmaq barədə olub. Radanın növbəti iclası fevralın 21-i keçiriləcək. Növbəti iclasda müzakirəsi gözlənilən məsələlərdən biri isə Ukraynanın baş prokuroru Viktor Pşonkinin istefasıdır. Məsələni səsverməyə çıxarmaq üçün tələb olunan 150 deputatın imzası artıq yığılıb.
00.09
Ukrayna Səhiyyə Nazirliyi toqquşmalarda ümumilikdə 75 nəfərin öldüyünü, 363 nəfərin yaralandığını açıqlayıb.
23.43
Ukraynada Maydan fəalları Borispol hava limanına gedən yolu bağlayıb. Onlar deputatların Ukraynadan çıxmasına mane olmaq niyyətindədir. Hazırda hadisə yerinjə 5 mindən artıq insan toplaşıb. Barrikada qurmaq üçün təkərlər gətirilir.
Bir qədər əvvəl Ukrayna elitasının həyacan içində olduğu və ölkəni tərk etdiyi barədə məlumatlar yayılırdı.
23:24
Ukrayna KİV-in məlumatına görə ölkə parlamentinin spikeri Rıbak hava limanının VİP zalında nəvəsi və nəvəsinin həyat yoldaşı ilə birgə görünüb. Məlumatlara görə, Rıbak ailəsini Budapeştə yola salıb, özü isə Kiyevdə qalıb.
23:02
Ukrayna prezidenti Viktor Yanukoviçin oğullarının ölkəni tərk etdiyi xəbəri yayılıb. Bu barədə deputat Oleq Lyaşlo Facebook səhifəsində yazıb: “Donetsk prokurorluğundakı mənbələrim məlumat verdilər ki, Donetsk aeroportundan Yanukoviçin böyük və kiçik oğullarının ailəsi olan iki təyyarə uçdu. “Borispol” aeroportunun VİP terminalında “Regionlar Partiyası”nın deputatları Saldo və Povaliy var. Xalqın qəzəbindən qaçırlar. O zaman heç qayıtmasınlar”.
Almaniya, Fransa və Polşa xarici işlər nazirlərinin Kiyevdə Yanukoviç və müxalifət liderləri ilə görüş keçirdiyini xatırladan Tusk qeyd edib ki, “üçlüyün” missiyası böhrandan çıxmaq üçün uyğun sənəd hazırlamaqdır. “Bu il ərzində növbədənkənar prezident və həm də parlament seçkilərinə hazırlıq görülməsinə dair razılıq əldə olunub”, – deyə baş nazir bildirib. Onun sözlərinə görə, hazırda sənəd müxalifətlə razılaşdırılır.
Tusk onu da bildirib ki, AB nümayəndələri Kiyevdə “Milli Birlik Hökumətinin” yaradılması və bu ilin yayına qədər Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsi məsələlərini də müzakirə edirlər.
22:55
Avropa Birliyi xarici işlər nazirləri «zorakılığa və güc tətbiqinə görə məsuliyyət daşıyan»Ukrayna məmurlarına qarşı sanksiyaların tətbiqi ilə bağlı razılığa gəlib. XİN rəhbərinin fövqəladə toplantısından sonra AB ali nümayəndəsi Ketrin Eşton bəyan edib ki, Avropa Birliyi daxili repressiyalar üçün istifadə oluna biləcək avadanlıqların ixracına lisenziyanı dayandırıb.
Ukraynadakı zorakılıqlarda günahkar olan məmurlara qarşı viza sanksiyaları da tətbiq ediləcək. Həmçinin aktivlər də dondurulacaq.
İsveçin xarici işlər naziri Karl Bildt bəyan edib ki, bu sanksiyalar təcili şəkildə tətbiq ediləcək.
Eşton isə bildirib ki, Ukraynada baş verənlərə görə məsuliyyət birbaşa Yanukoviçin üzərinə düşür.
21.58
NATO-nun baş katibi Anders foq Rasmussen Ukraynada qan axıdılmasını dayandırmağa çağırıb. «Ukraynada bütün tərəfləri qan axıdılmasına son qoymata çağırıram. Hökumət güc tətbiq edilməməsi üçün məsuliyyət daşıyır», – bu sözləri NATO baş katibi öz tvitter səhifəsində yazıb. onun sözlərinə görə, «Ukrayna hərbçiləri neytral qalmalı və öz xalqına qarşı çıxmamalıdır».
21.29
Ukraynanın keçmiş baş nazir, hazırda həbsdə olan Yuliya Timoşenko hesab edir ki, müxalifət prezident Viktor Yanukoviçlə danışıqları dayandırmalıdır. Bu barədə Timoşenkonun son bəyanatında deyilir. Keçmiş baş nazir aksiyaçılara qarşı snayperlərdən istifadə edilməsinə görə Yanukoviçin məsuliyyət daşıdığını bildirib. «Bu insana xas xüsusiyyət deyil və bağışlanmamalıdır. Müxalifətdən tələb edirəm ki, Yanukoviçlə danışıqlar masasına oturmasın. Bu tabunu pozanlar günahsız insanların qətlində Yanukoviçlə müttəfiq olacaq», – Timoşenko qeyd edib.
21.03
Ukrayna saytlarının Maydanın tibbi xidmətinə istinadən yaydığı məluamat görə, fevralın 20-də ölən etirazçıların sayı 70-100 arasında olub. Bu yekun rəqəm deyil. Ölənlərin sayı dəqiqləşdirilir.
20.50
ABŞ rəhbərliyi Ukrayna prezidenti Viktor Yanukoviçdən təhlükəsizlik qüvvələrini dərhal Kiyevdən çıxarmağı və müxalifətə aksiyaları keçirməyə icazə verməyi tələb edib. Bu bəyanatla ABŞ prezidentinin mətbuat xidmətinin rəhbəri Cey Karni çıxış edib. Karni həmçinin Ukrayna ordusunu münaqişəyə qoşulmamağa çağırıb. Çünki yaranmış vəziyyət siyasi vasitələrlə həll olunmalıdır.
19.33
Krım tatarlarının lideri Rüfət Çubarov parlamentin rəhbəri Vladimr Konstantinovun bəyanatından hiddətlənib. O, Konstantinovu Rusiyanı Krıma hərbi müdaxilə etməyə çağrışda ittiham edir. “Biz belə siyasətçilərin bəyanatlarının gerçək olmasına imkan verməyəcəyik. Biz bir dövlətik və bizim başqa vətənimiz yoxdur”.
Avropa Komissiyanın komissarı Coze Manuel Barrozu isə bildirib ki, əsas məsələ Ukraynadakı böhranı aradan qaldırmaqdır: “Biz son günlərin faciəvi ölümlərini unuda bilmərik. Məhz ona görə nazirlər toplanıblar ki, zorakılıqda əli olanlara sanksiya tətbiq olunsun”. Barrozu qeyd edib ki, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland da günahkarların cəzalandırılmasında maraqlıdır.
Siyasi sanksiyaların deputatlara, Prezident Administrasiyanın üzvlərinə, iqtisadi sanksiyaların rejimi dəstəkləyən biznes adamlarına tətbiq olunacağı bildirilir. Eyni zamanda sanksiyalar güc strukturlarının təmsilçilərinə də şamil olunacaq.
17.00
Hazırda Ali Radanın toplantısına hazırlıq gedir. Müxalifət təmsilçiləri Ali Radanın binasındadırlar. Mühafizə jurnalistləri toplantıya buraxmaq istəmir. Media təmsilçilərini müxalifətdən olan deputatlar Radanın arxa qapısından içəri keçirə biliblər.
16:50
Kuçma: “Ukraynada heç zaman şah olmayıb və olmayacaq”
Yanukoviçin səlahiyyətli nümayəndəsi Yuriy Pavlenko Kiyevdə baş verən zorakılığa görə, istefa verib. O, paytaxta baş verən zorakılığı, hakimiyyətin qeyri-adekvat gec tətbiqin kəskin tənqid edib. Eks-prezident Kuçma isə Ukraynanın 2004-cü il Konstitusiyasına dönüşünü dəstəklədiyini bildirib: “Ukraynada heç zaman şah olmayıb və olmayacaqda”.
15:50
Kliçko deputatları Ali Radaya dəvət edir, Yanukoviçdən isə dərhal istefa verməsini tələb edir. Bu barədə “Udar”ın qəbul etdiyi bəyanatda deyilir. Deputatlara böhrandan çıxmaq üçün çağrış edili. Ali Radanın toplantısının Bakı vaxtı ilə 17.00-da olacağı gözlənilir. Bu arada yayılan məlumata görə, Kiyevin meri Makenko Regionlar Partiyasından istefa verib.
Zabitlər hücum kodlarını Maydana ötürüb
Daxili Qoşunların zabitləri hücum barədə əmr veriləcək bütün çağırış kodları, telefonları Maydana veriblər. Bu barədə müxalif “Batkivşina” partiyasının Tvitter səhifəsində yazılıb.
15:20
Kiyevdə yanacaq böhranı
Paytaxt Kiyevdə yanacaq böhranı yaşanır. Ona görə Kiyevin yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb “Sağ qüvvələr” hakimiyyətə çağrış edərək böhrandan çıxış yollarını axtarmağı təklif edib. Müxalifətçilər yalnız dövlət başçısının səlahiyyətlərinin məhdudlaşdırılacağı təqdirdə sülhə gedəcəklərinin söyləyiblər. Paytaxtdakı hündürmərtəbəli binalarda yerləşdirilən snayperlər hələ də müxalifət fəllarını atəşə tutmaqdadır.
15:00
Daxili qoşunların əsgərləri təslim olur
Yerli KİV-lərin verdikləri xəbərər görə, ölənlərin sayı durmadan artmaqdadır. Maydan yaxınlığıdakı küçələrə gətirilən yük maşınlarından silahlar düşürdülərək polis əməkdaşlarına paylanılır. DİN polis və hərbçilərin müxalifətçilərin tərəfinə keçdiyi xəbərini təkzib edir.
Kiyevdə baş verən hadislərin nəticəsində insan itkiləri davam etməkdədir. “Ukraina” mehmanxanasına bu dəqiqələrdə Maydandan 13 meyit gətiriblər. “5-ci kanal”ın verdiyi məlumata görə, bu gün ölənlərin sayı 50 nəfərə çatıb. Daxili qoşunların onlarla əsgəri isə Maydanın müdafiəçilərinə təslim olub. Müxalifətçilər DİN-in Akademiyasının girişini mühasirəyə alıb.
Yanukoviç Konstitusiyaya dəyiçikliklərlə bağlı layihəni imzalamağa hazırdır. Bu barədə Prezident Administrasiyasının rəhbəri Andreq Kluyev məlumat verib. Onun sözlərinə görə, bu tərəflər arasında siyasi etimadın güclənməsi naminə gərəkdir və hakimiyyət dövlət başçısının səlahiyyətlərinin azaldılması istiqamətində müxalifətin tələblərinə müsbət cavab verməyə hazırdır. “Bir-iki həftəyə Konstitusiya layihəsi hazırlana bilər. Layihə qəbul edildikdən sonra Konstitusiya Məhkəməsinə göndərilə bilər”.
***
Bu gün Ukraynanın dövlət başçısı Viktor Yanukoviç Fransa, Almaniya və Polşanın XİN rəhbərləri ilə görüşməli idi. Amma görüş Prezident Administrasiyasından başqa yerə keçirilib. Polşanın xarici işlər naziri Radoslav Sikorski “Twitter”də hazırda Prezident Administrasiyasının ətrafında güllə səslərinin eşidildiyi məlumatını paylaşıb. “Məmurlar təviş içərisindədir. Görüşün yeri dəyişdirilib”. Almaniya XİN-dən isə məlumat yayılıb ki, görüş artıq başlayıb.
13:50
Daxili qoşunların onlarla (bəzi məlumatlara görə 70) əsgəri Qruşevsk küçəsində Avromaydanın özünümüdafiə dəstəinə təslim olub. “Berkut” xüsusi təyinatlılarının Ternopol bölməsi isə Kiyevin mərkəzini özbaşına tərk edərək, dislokasiya yerinə qayıdıb. “5-ci kanal”ın verdiyi məlumata görə, xüsusi təyinatlılar xalqa qarşı vuruşmayacaqlarını bəyan ediblər.
Qruşevsk küçəsində yerləşən dövlət qurumları boşaldılıb. Bu küçədə Nazirlər Kabinetinin katibliyi və daha 2 nazirlik yerləşir. Nazirlər Kabineti katibliyindən bildiriblər ki, təcili binanın tərk etmək barədə göstəriş alıblar.
12:20
Fevralın 20-i səhər saatlarından Kiyevin mərkəzində yenidən toqquşmalar başlayıb. Etirazçılar hökumət qüvvələrinə hücum edərək “Oktyabr sarayını” və “Ukrayna evini” tutublar. Hökumət qüvvələti Həmkarlar İttifaqının binası önündən də Avropa meydanına doğru sıxışdırılıb.
Etirazçılar Maydanda daxili qoşunların su vuran maşınını yandırıblar.
Maydanda 30 min nəfərdən çox etirazçının olduğu, ətraf küçələrdə barrikadalar qurulduğu deyilir.
DİN məlumat yayıb ki, Maydanda “Berkut”un və daxili qoşunların 23 əsgəri yaralanıb. Səhiyyə Nazirliyi isə toqquşmalarda 28 nəfərin öldüyünü, 445 nəfərin xəsarət aldığını bildirib.
***
01:50
Ukrayna prezidenti Viktor Yanukoviç müxalifət liderləri ilə görüşüb. Görüşdən sonra “Batkivşina” fraksiyasının lideri Arseni Yatsenyuk bu gecə Maydana nəzərdə tutulan hücumun olmayacağını deyib. O, bununla bağlı razılığın əldə edildiyini bildirib. Onun sözlərinə görə, hələlik barışıq əldə edilib və situasiyanın stabilləşməsi üçün danışıqlara başlanılması nəzərdə tutulub. Vitali Kliçko da Yanukoviçin görüş zamanı hücumun olmayacağı ilə bağlı vəd verdiyini bildirib.
Prezident Administrasiyasından da görüşdə atəşkəs və danışıqlara başlanması haqda razılığa gəlindiyini bildiriblər.
***
Həbsdə olan müxalifət lideri Yuliya Timoşenko xalqa müraciət yayıb. “Unian” agentliyinin verdiyi məlumatına görə, müraciətdə deyilir ki, ölkə prezidentinin öz hakimiyyətini qorumaq naminə dinc vətəndaşları öldürdüyünü təsəvvür etmək olmur. “İndi hər bir öldürülən və ya yaralanan vətəndaşa görə Yanukoviç şəxsən mənəvi məsuliyyət daşıyır, zamanı gələndə isə həm də cinayət məsuliyyəti daşıyacaq”, – deyə müraciətdə bildirilir.
Timoşenko toqquşmalar zamanı həysatını itirənlər üçün ağladığını, onların xalqı diktaturadan qorumaq üçün canlarından keçdiyini qeyd edib. “Əgər şərəfsizcəsinə təslim olsaq, biz o insanların xatirəsinə layiq olmayacağıq”, deyə keçmiş baş nazir xalqı Yanukoviç rejiminə qarşı sonadək dirəniş göstərməyə çağırıb.
***
Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb ki, Kiyevin mərkəzindəki toqquşmalar zamanı təxminən 300 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
***
ABŞ prezidenti Barak Obama Ukraynada baş verənləri sərt şəkildə pisləyib. Obama xəbərdarlıq edib ki, Ukrayna hakimiyyəti həddini aşsa, bunun nəticələri ağır olacaq. ABŞ prezidenti əlavə edib ki, məhz Ukrayna hakimiyyəti etirazçıları qeyri-zorakı yolla razı salmalıdır.
Obama həmçinin bəyan edib ki, Ukrayna ordusu baş verənlərə qarışmamalıdır.
***
Böyük Britaniyanın baş nazir Devid Kemeron Ukraynada gərginliyin yaranmasına görə məsuliyyəti prezident Viktor Yanukoviçin üzərində olduğunu deyib. Kemeron bildirib ki, siyasi narazılığının həlli yolu zorakılıqdan keçmir. O həmçinin əlavə edib ki, Yanukoviç müxalifətlə dialoqa getməli və Ukrayna xalqının demokratik niyyətini əks etdirən siyasi islahatların həyata keçirilməsi üçün Ukraynada bütün tərəflərlə işləməlidir.
***
Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu Ukrayna prezidenti Viktor Yanuukovçilə telefon danışığında onu etirazçılara qarşı zorakılığı dərhal dəyandırmağa çağırıb. Barozzu Yanukoviçi sanksiyalarla da hədələyib.
Avropalı komissar bildirib ki, AB-nin vəziyyətin pisləşməsinə reaksiyası sərt və qətiyyətli olacaq. Barrozu həmçinin prosesə yardım etməyə hazır olduqlarını da qeyd edib.
***************************************************************************************
19.02.2014
Maydanda nisbi sakitlik yaransa da, ara-sıra toqquşmalar müşahidə olunur. Milis aksiyaçılara səs qumbaraları, qarşı tərəf isə petardalar atır. Milisin hücuma keçəcəyini gözləyən aksiyaçılar daş və “Molotov kokteyli” toplayır.
***
Poltava və Jitomirdə etirazçılar Vilayət Administrasiyasının binasına, milis idarəsinə və Regionlar Partiyasının yerli ofisinə hücum edib. Milis hücumun qarşısını almağa çalışsa da, buna nail ola bilmir. Kiyevdə isə xüsusi təyinatlılar Alı Radanın ətrafını beton bloklarla bağlayır. Bu isə onu deməyə əsas verir ki, Yanukoviç tərəfdarlarının etirazçılara qarşı dayana biləcəyinə inanmır.
***
Yerli vaxtla saat 19-da hökumət qüvvələri Maydana güclü hücuma keçib. Maydana aparan bütün yollarda hökumət qüvvələri ilə etirazçılar arasında qanlı toqquşmalar başlayıb. Hələlik müxalifət qüvvələri Maydana nəzarəti saxlaya bilir. Maydanın ətrafındakı barrikadaların qarşısında güclü yanğınlar başlayıb. Müxalifətçilər yanğınla hakimiyyət qüvvələrinin əraziyə girişini əngəlləməyə çalışır.
Maydanda isə müxalifətçilər tribunadan çıxışlarını davam etdirir. Yaxınlıqdakı küçələrdə isə gedən atışmaların səsi aydın eşidilir. Baş meydandakı müxalifətin baş qərargahı olan Həmkarlar İttifaqının binasında səhər saatlarında başlanan güclü yanğın bitsə də, binadan hələ də tüstü yüksəlməkdədir. Tribunaya çıxan Ukraynanın dini liderləri hakimiyyəti xalqa qarşı güc işlətməməyə çağırır, Kiyev Provoslav Kilsəsinin rəhbərləri dualar oxuyur.
***
Brovı-Kiyev yolunu bağlayan etirazçılar Dövlət Televiziya Komitəsini də ələ keçirib. Kiyev meriyası isə baş verən hadisələrə görə məktəbəqədr və orta təhsil müəssisələrinin işini fevralın 21-ə qədər dayandırıb.
***
Kiyevdən bu dəqiqələrdə verilən xəbərə görə, artıq mitinqçilərə qarşı bütün ölkə üzrə hücuma keçilib. Maydanın mühafizə qüvvələri müdafiə məqsədilə 1000-dən çox Milotov kokteli hazırlayıb. Ternopolda isə Berkutçular müxalifət tərəfdarlarına qarşı hücuma keçməkdən imtina edərək xalqın tərəfinə keçib.
Müdafiə Nazirliyi isə aksiyaların dağıdılmasına ordunun da cəlb ediləcəyini istisna etməyib.
Polşanın xarici işlər naziri Rodoslav Silkolski Ukraynaya təcili səfər edib. Onun bu axşam Kiyevdə olacağı gözlənilir.
ABŞ və Avropa Birliyindən sanksiya gəldi
Fransa prezidenti Ukraynada baş verənlərə münasibət bildirib. O, Ukraynada baş verənlər dəhşətli olaylardır və bu zorakılığın qarşısı alınmalıdır. Bu arada DİN Kiyevdəki olaylarda xəsarət alan və həlak olanlarla bağlı rəsmi məlumatı yeniləyib. Məlumata görə, 800 nəfər müxtəlif bədən xəsarəti alıb. Onlardan 392 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Baş verənlər nəticəsində 24 nəfər həlak olub. Onlardan 10 nəfəri polis əməkdaşıdır. Faktla bağlı 45 cinayət işi açılıb.
Bu arada ABŞ Kiyevdəki olaylara görə məsuliyyət daşıyan bir neçə məmura qarşı sanksiyalar tətbiq edib. ABŞ səfiri Cefri Payett bəyan edib ki, baş verənlərlə bağlı rəsmi Vaşinqton yeni bəyanat qəbul etməyə hazırlaşır: “Biz öz mövqeyimizi açıq ifadə etmişik. Biz Maydandakı zorakılığı pisləyir və insanların dinc ifadə azadlığını dəstəkləyirik. Biz Yanukoviçin lider roluna inanırıq və proseslərin sülhlə bitəcəyinə ümid edirik”.
Almaniya kansleri Merkel də Ukraynaya qarşı sanksiyaların artıq gündəmə gəldiyini deyib: “Baş verənlər insanı şoka salır. Günahkarlara qarşı sanksiya tətbiq olunmalıdır”. Avropa Birliyi ölkələri XİN başçıları fevralın 20-də, Brüsseldə Ukraynadakı zorakılıqlarda əli olan şəxslərə qarşı maliyyə və viza sanksiyalarının tətbiqi məsələsinə baxacaq. Bunu bu gün AB prezidenti Xerman Van Rompey deyib. Rompey araşdırmaların nəticələrini gözləmədən Ukrayna hakimiyyətini “nümayişçilərə qarşı əsaslandırılmamış ifrat güc tətbiqində” ittiham edib.
Müxalifət Yanukoviçə ultimatum verdi
Odessa Vilayət Şurası sədrinin birinci müavini istefa verərək Regionlar Partiyasının sıralarını tərk edib. Müxalifət liderləri isə bu arada birgə bəyanatla çıxış ediblər. Bəyanat Yasenyuk, Kliçko və Tyaqnibok tərəfindən verilib: “Biz heç zaman insanları silaha əl atmağa çağırmamışıq, çağırmırıq və çağırmayacağıq. Bu bizim prinsipial mövqeyimizdir. Hər bir insanın ölümü bizim üçün şəxsi faciədir”. Müxalifət liderlərinin fikrincə, Kiyevdə baş verənlərin səbəbi 3 ay müddətində Yanukoviçin Maydanın tələblərinə reaksiya verməməsi olub. Əksinə hakimiyyət mövcud problemi güc, kriminal strukrurların vasitəsilə cözülməyə çalışılıb. “Ona görə baş verənlərə görə məsuliyyət hakimiyyətin üzərindədir. Siyasəti insanların ölümünə baiskar olan rejimlə danışıqlar aparmaq xoşagəlməzdir. Amma biz bundan sonra qan tökülməsinin qarşısını almaq üçün əlimizdən gələni etməliyik və edəcəyik. Yanukoviç hər şeydən əvvəl tam sülhü bərpa etməli, Maydana qarşı təzyiqlərə son qoymalıdır. Maydanın təmizlənməsiylə bağlı jakimiyyətin tələbi reallıqdan uzaqdır. Biz Maydanı toplamamışıq və onu buraxmaq da bizim səlahiyyətimizdə deyil. İnsanlar gələcək talelərini özləri müəyyən etməlidir. Yanukoviç nəhayət anlamalıdır ki, onun 4 illki hakimiyyətindən sonra onun idarəçiliyinə, şəxsən onun özünə qarşı üsyan qalxıb. Artıq insanlar Yanukoviçin istefasın deyil, onun üzərində məhkəmənin qurulmasını istəyirlər. 2004-ıü il Konstitusiyasına dönüş müxalifətin geri dönməsi deyil, Maydanın böyük güzəştidir. Geri dönməz prosesin başlamasına artıq saatlar qalıb (saat 20.00-da gözlənilən hücum nəzərdə tutulur – red). Baş verənlərə, baş verə biləcəklərə və böhrandan çıxışa görə bütün məsuliyyət Yanukoviçin üzərinə düşür”.
Almaniya Yanukoviçə qarşı sanksiya tətbiq edəcək
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Yanukoviçi ölkədəki böhranı bilərəkdən çözməməkdə ittiham edib. O.Bildirib ki, artıq Berlin Yanukoviçə qarşı sanksiyaları nəzrdən keçirir. Atılacaq addımlar sırasında Yanukoviçin bank hesablarının dondurulması və onun AB ərazisinə daxil olmasına qadağanın qoyulması göstərilir.
***
Bu arada rəsmi mətbuatın yaydığı məlumata görə, bütün ölkəüzrə müxalifət tərafdarlarına qarşı hücuma hazırlaşılır. Gözlənilən hücumla bağlı müxalifət tərafdarları hazırlıq tədbirlərinə başıayıblar. Hücumun Bakı vaxtı ilə saat 20.00-da olacağı gözlənilir. Ukraynanın Anti-terror Mərkəzinin və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Yakmenko bildirib ki, atılacaq addımlar barədə dövlət başçısının məlumatı var.
Maydan yenə dağıdılacaq
Həkimlər indiyə qədər 370 nəfər polis əməkdaçına tibbi yardım etdiklərini bəyan ediblər. Mitinqçilərdən isə 263 nəfəri hazırda şəhərin xəstəxanalarında müalicə alırlar. Müxalifətin yaydığı xəbərə görə, bu gün axşam saatlarında Maydanın yenidən dağıdılmasına cəhd ediləcək.
Ukrayna idmançıları Soçi olimpiadasını boykot etdi
Ukraynanın Marina Lisoqor və Katerina Serdyukdan ibarət xizəkçilər komandası Soçi olimpiadasının yarımfinalında çıxış etməkdən imtina edib. İidmançıların yarışa qatılmaqdan imtina etməsinin səbəbi açıqlanmır. İdmançıların heç biri zədəli deyil. Yaxın saatlarda onların yarışdan imtina etməsi ilə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir. Belə bir məlumat da yayılıb ki, Beynəlxalq Olimpia Komitəsinin idmançıların yarışa qara lentlə çıxmaq istəyini rədd etməsi sonda onların yarışı boykot etməsi ilə nəticələnib.
***
Hazırda Kiyevdə ərzaq çatışmamazlığı yaşanır. Mağazalarda ələxsus çörək çatışmır. Regionlar Partiyasından isə verilən məlumata görə, parlament çoxluğu və müxalifət Ali Radanın fövqəladə toplantısını çağırmağa hazırdır. Mitinqçilər Proreznoy küçəsində yerləşən Televiziya və Teleradio Dövlət Komitəsinin binasını ələ keçirib.
Roma papası müraciət etdi
Son məlumata görə, Kiyevdə baş verənlərlə bağlı Roma papası Fransisk də bəyanatla çıxış edib. O tərəfləri zorakılığa son qoymağa çağırıb. Kiyevdəki yanğınlar mobil xidmətin işinə də öz təsirini göstərib. Hazırda mobil rabitə ilə bağlı ciddi problemlər yaşanır. Şaxtyer klubunun baş məşqçisi Mirça Luçesku bəyan edib ki, paytaxdakı durum martın 2-nə qədər normalaşmazsa komandasının oyunu təxirə salına bilər. Bu arada mitinqçilər Maydanda yerləşən Mərkəzi Poçt idarəsin ələ keçiriblər. Məlum olub ki, qarşıdurma zamanı həlak olanların 19-u güllə yarasından dünyasını dəyişib. Ukrayna XİN-i isə beynəlxalq təşkilatlara, xarici dövlətlərə müraciət qəbul edib. Müraciətdə XİN Ukraynada baş verənləri obyektiv qiymətləndirməyə çağırıb.
Kiyev beton plitələrin əhatəsindədir
Ukraynanın paytaxtı Kiyevdə küçələrə beton piltələr düzülüb. Beton piltələr Qruşevski küçəsinin hərəkət hissəsində, daha öncə radikal qüvvələrin barrikadaları olan hissədə, “Dinamo” stadionunun qarşısında quraşdırılıb. Ukrayna telekanallarında canlı yayımlanan görüntülərdə də aydın görünür ki, beton piltələrin yaxınlığında qaldırıcı kran quraşdırılıb. Piltələr arasında bir yük maşını keçə biləcək qədər yer saxlanılıb.
***
Hazırda Ukraynanın digər şəhərlərində də kütləvi etiraz aksiyaları geniş miqyas alıb. Lvovdan sonra Rovno, Lutske şəhərlərində də müxalifət tərafdarları ilə polis arasında qarşıdurma baş verib. Rovnoda mitinqçilər yerli administrasiyanın binasını ələ keçiriblər. Lutskedə də yerli administrasiya və DİN yerli idarəsi mitinqçilərin əlinə keçib. Çernosavsax şəhərində isə 7 min mitinqçi şəhər administrasiyasın mühasirədə saxlayır.
***
Təhlükəsizlik məqsədilə Kiyev SES-in girişi hərbçilər tərəfindən nəzarətə götürülüb. Yanukoviç fevralın 20-ni matəm günü elan edib. Bununla bağlı xususi sərəncam verilib. Bu gün bütün ölkə ərazisində dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər ləğv ediləcək.
Avrop Komissiyasının rəhbəri Joze Manuel Barroza bəyan edib ki, təmsil etdiyi təşkilat Ukraynadakı situsıyanın istənilən istiqamətdə dəyişməsinə dərhal reaksiya verməyə, zorakılığa görə məsuliyyət daşıyanlara qarşı addımlar atmağa hazırdır. Xatırladaq ki, AB təmsilçisi Eşton da Ukraynada baş verənlərlə bağlı cözüm yolunun tapılmasının vacibliyini dilə gətirib.
Bu arada dövlət başçısı müxlifət liderlərinə çağrış edərərk onları danışıqlar masasına qayıtmağı təklif edib: “Hələ konflikti dayandırmaq üçün gec deyil. Düzdür biz ölənləri geri qaytara bilmərik. Biz hakimiyyətə can atanların ambisyalarına görə, yüksək məbləğ ödədik. Amma bu məbləğin daha da böyüməməsi üçün ayılmalıyıq. Danışıqlar masasına əyləşərək Ukraynanı xilas etməliyik. Baş verənləri gələcək nəsil bizə bağışlamayacaq”.
Ukraynanın digər şəhərlərində də kütləvi aksiyalar keçirilməkdədir. Lvovda mitinqçilər prokurorluğu və hərbi hissəni ələ keçiriblər. Hərbçilərin razılığı ilə hissədəki silah-sursat qeydə alınıb və onlara toxunulmayıb.
***
Bu gün səhər saatlarında da Kiyevdə polislə mitinqçilər arasında növbəti qarşıdurma olub. Hakimiyyət aksiyaçıları Mayadanı boşaltmağa çağırır. Səhiyyə Nazirliyindən verilən son məlumata görə, ötən gün baş verən olaylarda 30 nəfər ölüb, 241 nəfər isə ciddi xəsarət alıb. Paytaxt sakinlərindən şəxsi avtomobillərdən istifadə etməmək istənilib. Metropoliten isə hələ də fəaliyyətini brpa edə bilməyib. Polis “Sağ Qüvvələri” Həmkarlar Evinin yandırılmasında ittiham edir.
Bakı vaxtı ilə fevralın 19-na keçən gecə saat 2 radələrində “Berkut” xüsusi təyinatlıları yenidən müxalifətin mitinq keçirdiyi Müstəqillik Meydanına (Maydan) hücum edib. “Unian” agentliyi xəbər verir ki, Maydanı mühafizə edən fəallar hücumun qarşısını alıb, üstəlik “Berkut”çulardan birini də ələ keçirib. Onu sürüyərək Maydanın səhnəsinə çıxarıblar. Mitinqin aparıcıları kütləni sakitliyə ələ keçirilən polislərlə qəddar davranmamağa çağırıblar.
“Batkivşina” fraksiyasının sədr müavini Turçinov Maydanın səhnəsində yaranıb. Maydanda elan olunub ki, Turçinov güllə yarası alıb. Başqa təfərrüat bəlli deyil.
***
Baş verən toqquşmalara görə ABŞ və Avropadan Yanukoviç hökumətinə qarşı sərt bəyanatlar səslənib. ABŞ-ın Kİyevdəki səfiri Cefri Payet Ukrayna XİN rəhbərliyi ilə apardığı danışıqlardan sonra bəyan edib ki, ölkəsi bu andan etibarən Ukraynada baş verən bütün hadisələrə görə şəxsən Yanukoviçi cavabdeh bilir. Səfir Maydanın güc yolu ilə dağıtmağa cəhddən sonra Vaşinqtonun Ukrayna rəsmilərinə qarşı viz qadağasından başqa sanksiyaların tətbiq olunmasını da nəzərdən keçirir. Səfir onu da bildirib ki, ABŞ-ın pitse-prezidenti Co Bayden son olaylarla bağlı Ukrayna prezidenti Yanukoviçlə telefonla danışıb. Lakin o, danışığın məzmunu barədə heç nə deməyib.
ABŞ-la yanaşı Almaniya da Ukrayna hökumətini 18 fevral hadisələrinə görə sərt sanksiyalarla hədələyib. Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bildirib ki, bu hadisələrdən sonra Avropa Birliyi Ukraynanın ayrı-ayrı rəsmi şəxslərinə qarşı birbaşa sanksiyaların tətbiqi məsələsindəki təmkinli mövqeyinə yenidən baxa bilər.
Ukrayna prezidenti Yanukoviç müxalifət liderləri Kliçko və Yatsenyukla fevralın 18-i günün sonlarına doğru görüş təyin edib. Müxalifət liderləri görüşə gediblər. Lakin Bakı vaxtı ilə saat 2 radələrinədək görüş başlamamışdı. Yanukoviçin görüşdən sonra xalqa müraciət edəcəyi də gözlənilirdi.
Ukraynanın Səhiyyə Nazirliyi rəsmi şəkildə bəyan edib ki, toqquşmalar zamanı 8 nəfər mülki şəxs ölüb. Daxili İşlər Nazirliyi isə 6 hüquq-müfahizə əməkdaşının öldürüldüyünü bildirib. Qeyri-rəsmi məlumatlarda isə ölənlərin daha çox olduğu deyilir.
Müstəqil həkimlərdən biri “5-ci kanal”a deyib ki, ölkə xəstəxanalarında minlərlə yaralı var. Yerli KİV-in məlumatlarına görə isə Kİyevdəki xəstəxanalarda cərrahiyyə otaqlarında növbələr yaranıb. Yaralıların çoxluğu tibbi personalı çətin vəziyyətə salıb. Xəstəxanalar güllə yarası alan, ətraf orqanlarını və gözlərini itirən fəallarla doludur.
*****************************************************************************************
18.02.2014
Ukrayna saytlarının yaydığı məlumata görə, “Kalaşnikov” avtomatları ilə silahlanan xüsusi təyinatlı dəstəsi Maydana hücuma keçib. Əraziyə zirehli texnika cəlb edilib. Hazırda Mydanda güclü yanğın var. Milis əməkdaşları aksiyaçıları meydanı tərk etməyə çağırırlar. DİN-dən isə meydanda antiterror əməliyyatının keçiriləcəyi açıqlanıb. Həmçinin alsiyaçılara qarşı su vuran maşınlardan da istifadə olunur. Artıq hücum zamanı daha bir nəfərin öldüyü xəbəri yayılıb. Bununla da ölənlərin sayı 10-a çatıb.
Kiyev Milis İdarəsinin yaydığı məlumata görə, toqquşmalar zamaı 9 nəfər ölüb. Onlardan 7-i mülki şəxs, 2-i isə milis əməkdaşıdır. Ölənlərdn biri Regionlar Partiyasının qərərgahında tüstüdən boğulub. İki nəfər ürək tutmasından, qalanları isə güllə yarasından həyatını itirib.
Kiyevdən verilən son məlumata görə, hazırda Maydanda 20 minə yaxın insan toplaşıb. Mərkəzi meydana qonşu küçələrdə də daha 2-3 minə yaxın aksiyaçı var. Güc strukturları ətrafdakı ərazilərdə strateji nöqtələrdə möhkəmlənməkdə davam edirlər. Hüquq-mühafizə orqanlarının təmsilçiləri səsgücləndiricilərlə aksiya iştirakçılarından meydanı tərk etməyi və güc strukturlarını təxribata çəkməməyi istəyirlər. Ukraynanın Səhiyyə Nazirliyi 3 nəfər aksiyaçının bu gün öldüyünü təsdiqləyib. DİN-dən verilən məlumatda isə bildirilib ki, aksiyalar zamanı xəsarət alan bir polis əməkdaşı dünyasını dəyişib. Polisin aldığı güllə yarasından dünyasını dəyişdiyi bildirilir. Kiyev ictimai nəqliyyatına vətəndaşları pulsuz evə çatdırma göstərişi verilib.
Yanukoviç sabah müxalifət liderləri ilə görüçəcək
İnterfaks Ukraynanın məlumatına görə, “Krişatik”in girişində 2 – qadın və kişi meyidi aşkar edilib. Paytaxta giriş və çıxış da məhdudlaşdırılıb. Yanukoviç sabah müxalifət liderləri ilə görüçəcək. Bu barədə Ali Radanın nümayəndəsi Vladimir Rıbak məlumat verib. “Paytaxda insanların qarşıdurma nəticəsində öldüyü bir zamanda dövlət başçısının nəyə görə məhz sabah müxalifət liderləri ilə görüşəcəyi” və “nəyə görə paytaxtda baş verənlərə reaksiya vermədiyi” ilə bağlı suala cavabı jurnalistlərin gülüşünə səbəb olub. O, bildirib ki, “hazırda prezident işdədir və işlərinə başı qarışıb”. Rıbak eyni zamanda bildirib ki, hazırda Ukraynada fövqəladə vəziyyətin elan olunması müzakirə edilmir.
Maydan geri çəkilməyəcək
Hazırda Kiyevdə polis və hərbçilərin mitinqçilərə qarşı bütün istiqamətlərdə hücumu reallaşdırılmaqdadır. “Qlobus” Ticarət Mərkəzinin yaxınlığında qurulan aksiyaçıların bir neçə çadırı yandırılıb. Müxalifət lideri Arseniy Yasenyuk bəyan edib ki, zorakılığa baxmayaraq aksiyaçılar geri çəkilməyəcək. Artıq Maydana ərzaq məhsullarının, suyun gətirilməsiylə bağlı çağrışlar edilib. Eyni zamanda Maydanın dağıdılmasının qarşısının alınması üçün qadınlar müxalifət liderləri tərəfindən Maydana dəvət edilib.
Prezident Aparatından yayılan digər bir məlumatda isə vurğulanır ki, dövlət başçısı Viktor Yanukoviçin Kiyevi tərk etməsiylə bağlı informasiya həqiqətə uyğun deyil. Yayılan rəsmi məlumatda deyilir ki, Yanukoviç bütün günü iş yerində olub və bir sıra rəsmi görüşlər keçirib, o cümlədən müxalifət liderləri ilə biraraya gəlib.
Kiyevdən gələn son məlumatlara görə, Ukraynanın ədliyyə naziri Yelena Lukaş baş verənlərə görə müxalifətin məsuliyyət daşıdığını bəyan edib. O, müxalifət liderlərini danışıqlar masasına əyləşməyə dəvət edib. Lukaş bildirib ki, müxalifətin dinc aksiyası daha sonra silahlı qarşıdurmaya çevrilib. Bu arada Regionlar Partiyasından yayılan məlumatda vurğulanıb ki, hadisələr baş verdikdən sonra onların ofisindən 3 nəfər təşkilat fəalı yoxa çıxıb. Hazırda onlarla bağlı heç bir məlumat yoxdur. Hazırda müxalifətdən olan deputatlar Maydanda toplaşaraq aksiyanın dağıdılmasının qarşısını almağa çalışır. DİN də müxalifətə aksiyaları dayandırmağa çağırıb.
Bu arada təsdiqlənməmiş məlumatlara görə, paytaxta baş verən zorakılıq zamanı 4 nəfər dünyasını dəyişib. Həmin şəxslərin aksiya iştirakçısı olduğu deyilir.
Ali Radanın mərkəzi qapıları bağlanıb. Mühafizə xidməti içəridə yanğınsöndürən şlanqlarla müdafiəyə hazır vəziyyətdə durublar. Radanın yaxınlığındakı küçələrdən birində isə “Berkut” xüsusi təyinatlılarının etirazçılara hücumu nəticəsində bir nəfər ölümcül yaralanıb
Daxili Qoşunların rəhbərliyi mitinqçilərə atəş açılması ilə bağlı qərarın verilməsinə dair informasiyaları təkzib edib. Hazırda “Sadova”ya əlavə qoşun hissələri cəlb olunub. Aksiya iştirakçılarına qarşı həlledici hücuma keçilməsi üçün planın hazırlandığı deyilir. Bu arada isə Zabitlər Evindəki yaralıların sayı 30-a çatıb. Mitinqçilər tərəfindən əsir götürülən polis və hərbçilərin sayı artır. Hazırda bu rəqəmin ümumi 15 nəfərə çatdığı deyilir. Xəsarət alan polis əməkdaşlarının sayı isə bu dəqiqəyə olan olan məlumata görə 37 nəfərdir.
“Şelkovski” küçəsində mitinqçilərə qarşı suvuran maşınlardan istifadə olunub. “Sadovı”da isə partlayışlar eşidilir. Burada yerləşən polislərə məxsus texnikanın yandığı deyilir. “Sağ sektor” vətəndaşlara çağrış edərək silahı olanları Maydana dəvət edib.
Aksiyaçıların Səhiyyə Nazirliyinin binasını ələ keçirərkən nazir Raisa Boqatıreva nazirliyin arxa qapısından qaçıb.
Etirazçılar küçələrdə məmurların və hakimiyyət prtiyasından olan deputatların maşınlarını dövrəyə alaraq əzişdirirlər.
Hazırda “Marianski” parkında qarşıdurma dayanıb və mitinqçilərbarikada qurmaqdadır. Berkut Regionlar Partiyasının qərargahına qədər geri çəkilib. Amma “Qruşevski” küçəsində “Arsenalni” metrostansiyasının yanında mitinqçilərin hücuma hazır dəstələri qalmaqdadır. Bu arada Kiyevdə bəzi vətəndaşların evinə basqınlar olduğu deyilir. “Hökümət kvartalında” ara-sıra atəş səsələri eşidilir. Ali Radanın üzərində qara bulud var.
6 hərbçı əsir götürülüb
“İnstitutski” küçəsində mitinqçilər 6 hərbçini əsir götürüb. Onlardan biri baş nahiyəsindən ciddi xəsarət alıb. Hazırda Avromaydanın həkim briqadası Milli Bankın yaxınlığında ona yardım etməkdədir. Digər 5 hərbçi Maydanda nəzarət altında saxlanılır. Onu da qeyd edək ki, müxalifətçilər yaralılara yardım etmək üçün Zabitlər Evində tibbi məntəqə yardıblar.
Berkut Regionlar Partiyasının qərargahın geri aldı
Kiyevin bəzi küçələrində Berkut aksiyaçıları sıxışdırmağa başlayıb. “Lipski” ilə “İnstitutski” küçələrinin kəsişməsində polis aksiyaçıları Regionlar Partiyasının qərargahı yerləşən küçədən çıxarmaq üzrədir. Artıq “Lipski” küçəsi demək olar ki, aksiyaçıların nəzarətindən çıxıb. Hazırda müxalifətçılər “İnstitutski” küçəsində mövqelərini möhkəmləndiriblər. Yayılan xıbırlırə görə, berkutun hücumundan qabaq bir qrup müxalifətçi fəal Regionlar Partiyasının qərargahının qapısını sındıraraq daxili həyətə girməyə müvəffəq olmuşdu. Binanın həyətindəki maşın yandırılıb, partiya üzvlərindən bir sıra mühüm sənədlər alınıb. Bəzi məlumatlara görə, Regionlar Partiyasının üzvləri müxalifətçilərin hücumu zamanı xilas olmaq üçün özlərini pəncərələrdən həyətə atırlarmış.
“Sadovı” və “Qruşevski”də qarşıdurma
Ukrayna saytlarının yaydıqları xəbərər görə, bu dəqiqələrdə müxalifət fəalları ilə polis arasında “Sadovı” və “Qruşevski” küçələrində də qarşıdurma başlayıb. Arxa cərgələrdəki müxalifət fəalları ön cərgədəkiləri polisə atmaq üçün daş-kəsəklə təmin etməkdədir. Mitinqçilərin qarşısını 3 polis maşını kəsib. Aksiyaçılar artıq həmin maşınların təkərlərini yandırmağa müvəfəq olub.
Səhiyyə Nazirliyinin binası ələ keçirildi
Yayılan məlumata görə, bir neçə aksiya iştirakçısı bu saatlarda Marian parkında yerləşən Ukrayna Səhiyyə Nazirliyinin binasını ələ keçirib. Hələlik insan itkisi barədə məlumat verilmir. Binanın ələ keçirilməsi əvvəlcədən müəyyənləşdirilən plana əsasən həyata keçirilib. Müxalifət fəalları Səhəyyə Nazirliyinin binası yaxınlığında yerləçən yük maşınını yandırdıqdan sonra hücuma keçiblər. Nəticədə Ali Radaya gedən yolu yanan yük maşını kəsib. Hüququ-mühafizə orqanlarının əməkdaşları cavab addımı olaraq aksiyaçılara atəş açıblar.
Ukraynada vəziyyət yenidən gərginləşib. Ukrayna KİV-in yaydığı məlumatlara görə, fevralın 18-də Ali Radanın sessiyası qarşıdurma ilə başlayıb.
Sessiyanın gündəliyinə yeni baş nazirin seçkisi məsələsi salınıb. Müxalifət isə 2004-cü ilin konstitusiyasına qayıtmaqla bağlı qərar layihəsinin də gündəliyə salınmasını tələb edib. Parlament rəhbərliyi əvvəlcə buna etiraz edib, ancaq müxalifətçi deputatlar tribunanı və sədarəti tutaraq iclasa imkan verməyəndən sonra deyilən qərar layihəsi gündəliyə salınıb.
Ali Radanın binası önündə də müxalifət tərəfdarları toplaşmağa başlayıblar. Maydandan 10 min nəfər ayrılaraq parlamentin binası önünə gedib. Etirazçılar binanın mühafizəsi üçün cəlb olunmuş Daxili Qoşunların əsgərlərini geri sıxışdıra və canlı səddi yara biliblər. Daxili Qoşunların 3 maşını ələ keçirilib.
Bundan başqa Qruşevsk küçəsində də etiraz aksiyası yenidən başlayıb. Etirazçılar maşın təkərlərini yandırıblar. Qara tüstü Kiyevin üzərini bürüyüb.
Təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, hər iki tərəfdən xəsarət alanların olduğu deyilir. Etirazçılar təhlükəsizlik qüvvələrini daşa basıb, onlar isə etirazçılara qaz bombaları və rezin güllələrlə cavab verib.
Bu arada müxalifət liderlərindən Vitali Kliçko bəyan edib ki, Avropa Parlamenti Yanukoviç hökumətinə qarşı istənilən an sanksiya tətbiq edə bilər.