AXCP sədrinin evinin qarşısındakı aksiyanın sponsoru Rövnəq Abdullayev olub
AXCP sədri Əli Kərimlinin evi qarşısındakı “zəhmətkeşlər”in aksiyasına ARDNŞ prezidenti Rövnəq Abdullayev sponsorluq edib. Aksiyada iştirak edənlər isə ARDNŞ-in nəzdindəki peşə litseyinin tələbələri olub. Həmin tələbələrə pul verilib ki, Əli Kərimlinin evinin qarşısında toplaşıb şüarlar səsləndirsinlər.
Qeyd edək ki, Ictimai Palatanın 2 aprel aksiyasından bir neçə gün əvvəl YAP-ın icraçı katibi Əli Əhmədov Nizami rayonunda gənclərlə görüş keçirib. Həmin görüşdə başqa bir YAP-çı deputat, Rövnəq Abdullayevin yaxın qohumu Sədaqət Vəliyeva da iştirak edib. Məlumatlara görə, “zəhmətkeşlər”in aksiyası da orada planlaşdırılıb. Aksiyanın maliyyələşdirilməsini isə Rövnəq Abdullayev üzərinə götürüb.
İnformasiya şöbəsi