İsrailin keçmiş baş naziri, keçirtdiyi insultdan sonra 8 ildir koma vəziyyətində olan Ariel Şaron keçinib. Məlumatı “Röyters” yayıb. Məlumata görə, Şaronun keçindiyi xəbərini onun qohumları israilin ordu radiosuna veriblər.
Şiba xəstəxanasında yatan Şaronun vəziyyəti yanvarın 1-dən kəskin pisləşib. Yanvarın 2-də 85 yaşlı keçmiş baş nazirin övladları süni həyatın bundan sonra davam etdirilməməsini istəyiblər.