Devrilmiş lider və onun ailəsi cəzalandırılıdı
Xalqın etirazlı qarşısında duruş gətirməyərək istefa verməli olan 30 il Misirə rəhbərlik edən Hüsnü Mübarək cəzalandırılıb. Misir Silahlı Qüvvələrinin Ali Şurası eks diktatorun və ailə üzvlərinin ev dustağı olması haqda qərar çıxarıb. “Frans-Press”in yaydığı məlumata görə, bu barədə xəbər Hərbi Şuranın “Facebook” social şəbəkəsindəki səhifəsində deyilir.
Şuranın təmsilçiləri açıqlama verərək Hüsnü Mübarəkin ölkədən qaçdığı və Səudiyyə Ərəbistanında gizləndiyi barədə məlumatları rəsmən təkzib edib.
Xatırladaq ki, fevralın sonlarında Hüsnü Mübarək, xanımı Suzan Mübarək, oğlanları Əli və Camalın ölkəni tərk etməsinə qadağa qoyulub, lakin onların ev dustağı edildiyi açıqlanmayıb.
İnformasiya şöbəsi