150 sürücü növbəti dəfə şəhərin mərkəzi yollunu kəsib
Martın 28-də Mingəçevir şəhərində yenidən avtobus sürücülərinin etiraz aksiyası keçirilib. Etiraz aksiyası yenə şəhərin mərkəzi küçələrindən biri sayılan və «Heydər Əliyev» parkının qarşısında baş verib. Xatırladaq ki, martın 10-da Mingəçevirdə sürücülərin etiraz aksiyası keçirilmişdi və bu zaman eyni ərazidə nəqliyyatın hərəkəti təxminən 30 dəqiqə dayanmışdı. Aksiyaya səbəb isə Nəqliyyat Nazirliyinin göstərişi ilə şəhərdaxilində sərnişin daşınmasıilə məşğul olan 7 və 8 nömrəli marşurutlardakı avtobusların daha iri tutumluları ilə əvəz olunacağı xəbərinin yayılması idi. Aksiya yalnız Mingəçevir Şəhər icra başçısı Mübariz Ağayev və şəhər polis şöbəsinin Ələsgər Bədəlovun onlara işlə bağlı problem yaşamaycaqları ilə bağlı vəd vermələrindən sonra dayandırılmışdı. Dünənki aksiyanın da səbəbi elə işə götürənlərlə sürücülərin razılığa gələ bilməməsidir. Sürücülərin sözlərinə görə, birbaşa nəqliyyat naziri Ziya Məmmədovun tapşırığı ilə şəhərə gətirilən avtobuslardan istaifadə şərtləri reallıqdan çox uzaqdır.
Hikmət