Bu sual kimi düşündürürsə sabah “Müsavat”ın qərargahına gəlsin
“Azadlıq” qəzetinə təzyiqlər son həddə çatıb. Artıq bugünə qədər “Qasid” firmasının qəzetə olan borcu 55 min manat təşkil edir. Məhz buna görə qəzetin nəşriyyata olan borcu 20 min manatı keçib. “Binə” ticarət yarmarkası mərkəzinin rəhəbirnin iddiası üzrə məhkəmə qəzetin 32 min manat cərimələnməsi haqda qərar çıxarıb. Artıq qəzetin bank hesabı dondurulub. “Azadlıq” qəzetinin baglanması üçün hakimiyyətin çox ciddi səylər göstərdiyi açıq aşkar görünür. Bunun üçün sabah (oktyabr 29- da) saat 12-də Müsavat Partiyasının qərərgahında “Azadlıq” qəzetini necə xilas edək?” adlı tədbir keçiriləcək. “Azadlıq”ı xilas etmək istəyənlərin hamısı bu tədbirə dəvətlidir.