Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli sentyabrın 24- də Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq ilə görüşüb. Cəmil Həsənlinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycandakı mövcud vəziyyət, seçki kampaniyasının gedişi və seçkilərin azad, demokratik şəraitdə keçirilməsinin mühümlüyü ətrafında fikir mübadiləsi aparılıb.
Cəmil Həsənli Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə səfirə uğurlar arzulayıb.