Azərbaycan səhiyyəsində daha bir biabırçı olayla bağlı iddi yayılıb. Elnarə Məmmədova adlı gənc qız “Kanal13” internet televiziyasına açıqlama verib ki, onun öd kisəsi əvəzinə qara ciyərini əməliyyat ediblər. Qızın sözlərinə görə, öd kisəsindəki ağrılarla əlaqədar Respublika Kliniki Xəstəxanasına müraciət edib. Həkimlər qıza dövlət xəstəxanasında yox, özəl klinikada əməliyyat olunmağı təklif ediblər. Burada isə qızı səhv əməliyyat ediblər. Elnarə Məmmədovanın videoaçıqlamasını təqdim edirik: